Azərbaycan regionda nəqliyyat-logistika qovşağına çevrilir
Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” və “Cəbrayıl” adlı yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat verdilər.
Bildirildi ki, “Qubadlı” və “Cəbrayıl” təchizat gəmiləri bu tip gəmilərin tikintisi üzrə dünyanın qabaqcıl müəssisələrindən sayılan Norveçin “STX Norway Offshore” gəmiqayırma zavodunda inşa edilib. Gəmilərin hər ikisi müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən gəmilərə işğal altında olan rayonlarımızın adları verilib.
Hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May” yatağındakı, digəri isə “Ümid” yatağındakı platformalara yük daşıyacaq.
Qeyd olundu ki, gəmilərin hər birinin uzunluğu 73,6, eni 16 metrdir. Dedveyti 3270 ton olan gəmilər öz göyərtəsinə 1600 ton yük götürmək qabiliyyətinə malikdir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında olan digər təchizat gəmiləri ilə müqayisədə bu gəmilərin bir sıra üstünlükləri var. Belə ki, yeni təchizat gəmiləri yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir. Müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlılıq sistemi ilə təchiz olunan “Qubadlı” və “Cəbrayıl” gəmilərinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır. Xilasetmə əməliyyatlarının yerinə yetirilməsi üçün hər bir gəmi xüsusi xilasedici qayıqla təchiz olunub. Qayıqların konstruksiyası kəskin hava şəraitində dənizdə axtarış və xilasetmə işlərinin yerinə yetirilməsini mümkün edir.
Dövlət başçısı gəmilərin rəmzi olaraq istismara verilməsini bildirən düyməni basdı.
Qeyd edək ki, davam edən qlobal iqtisadi böhran, dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ümumi beynəlxalq ticarət dövriyyəsinin kəskin azalmasına və bunun gəmiçilik sahəsində müəyyən problemlər yaratmasına baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda gəmiçiliyin inkişafını diqqət mərkəzində saxlayır. Bu da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının müasir tələblərə cavab verən gəmilərlə yenilənməsinə geniş imkan yaradır. “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin Xəzərdə istismara verilməsi də məhz bu istiqamətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə onun alyans partnyoru olan “Caspian Marine Services”in həyata keçirdiyi birgə layihədir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikilməsi prioritet məsələlərdəndir. Məhz dövlət başçısının gəmiçilik sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə son üç ildə 16 yeni gəmi donanmaya əlavə edilib. Bundan başqa, dörd gəmi-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki “Ro-Pax”/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş Bakı gəmiqayırma zavoduna verilib.
Donanmanın yenilənməsi istiqamətində aparılan işlər gəmiçiliyin təsdiq olunmuş strateji inkişaf proqramına, həmçinin “2016-2020-ci illərdə Azərbaycanda gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Dövlət proqramı ilə Xəzər hövzəsində və Xəzərdən kənarda beynəlxalq standartlara uyğun daşıma xidmətlərinin göstərilməsi, donanmanın yükdaşıma bazarlarındakı tələbata uyğun yenilənməsinin davam etdirilməsi, gəmi təmiri bazasının gücləndirilməsi, institusional islahatların davamı, gəmiçilik sahəsində yüksək ixtisaslı yerli kadrların hazırlanması təmin edilir. Bu sahədə görülən işlər Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi strategiyasına, ölkənin tranzit potensialının gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri-neft sektorunun inkişafına və milli gəmiçiliyin yükdaşımalar bazarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, 2014-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənar digər su hövzələrində Azərbaycan bayrağı altında on gəmi üzür.
Gəmilərlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!