20 Aprel 2024 10:37
977
Elm və texnika
A- A+

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa  

 

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov bildirib: “Biz iki qardaş xalqın nümayəndələriyik, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələr qədim tarixə və böyük ənənələrə malikdir”. Akademik bu əlaqələrin daha da inkişaf etdirilməsi və iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabborov, Ürgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı professor Dilşod Qayipov və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri professor Almaz Ülvi çıxış edərək çağdaş dövrdə türk xalqları arasında mövcud olan ədəbi-mədəni əlaqələrin bu xalqların ortaq tarixi keçmişinə əsaslandığını qeyd edib, Azərbaycan və özbək xalqlarının bir-birinə qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi baxımından yaxınlığının bu əlaqələri daha dərin və möhkəm etdiyini vurğulayıblar.

Tədbirdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yaqubov, Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova, dosentlər Azamat Primov və Salamat Matkərimova, həmin universitetin Qadınlar Təşkilatının sədri dosent Bəypaşa Rəhimova, Folklor İnstitutunun əməkdaşları – Qalib Sayılov, Nail Qurbanov, İlhamə Qəsəbova və Aynur İbrahimova çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da genişləndirildiyini bildiriblər.

Tədbir özbək şairi Cari Əvəzin “Ürəyinizdə yaşayıram” kitabının təqdimatı ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video