10 Aprel 2026 13:02
142
CƏMİYYƏT
A- A+
Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir  

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir  


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.

AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti yüksəksəviyyəli sessiya və görüşlərə qatılır.

Tədbirin açılış mərasimində çıxışı zamanı komitə sədri Anar Quliyev bildirib ki, ölkəmiz əlçatan mənzil və dayanıqlı şəhər inkişafı məsələlərini qlobal gündəliyin əsas prioritetləri kimi qəbul edir və bu sahələrdə öz fəaliyyətini həm beynəlxalq əməkdaşlıq, həm də milli təcrübə əsasında ardıcıl şəkildə davam etdirir. Bu kontekstdə cari il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün qlobal dialoqun davam etdirilməsi baxımından mühüm platforma olacağı bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Forum çərçivəsində, həmçinin “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Nazirlər Sessiyasına qatılan Anar Quliyev “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Azərbaycan və Somali adından Birgə Bəyannamə ilə çıxış edib. Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, iqlim və qarışıq maliyyələşdirmə mexanizmlərinin inkişafı, eləcə də mənzil əlçatanlığını təmin edən dayanıqlı modellərin tətbiqinin əhəmiyyəti vurğulanıb.

“Layiqli mənzil üzrə açıq tərkibli İşçi Qrup”un yan tədbirində çıxış edən Azərbaycanın Keniya səfiri, BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəsi Sultan Hacıyev isə Azərbaycanın şəhər gündəliyi və iqlim siyasəti sahəsində yanaşmalarını diqqətə çatdırıb. O deyib ki, COP29-a ev sahibliyi etmiş Azərbaycan mövcud tərəfdaşlıqlardan yararlanmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə yeni əməkdaşlıq imkanlarını da genişləndirir və bu istiqamət WUF13 çərçivəsində əsas prioritetlərdən biri olacaq.

Tədbirdə ikitərəfli əməkdaşlığın inkişafı da diqqət mərkəzindədir. Bu çərçivədə komitə sədri tərəfindən artıq Afrika ölkələrinin və regional təşkilatların rəhbərləri ilə bir sıra məhsuldar görüşlər keçirilib. Afrika İttifaqının komissarı Moses Vilakati, Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome, Zimbabvenin yerli idarəetmə və ictimai işlər naziri Daniel Garve, Tanzaniyanın torpaq, mənzil və insan məskənlərinin inkişafı naziri Leonard Douglas Akvilapo, Somalinin ictimai işlər, yenidənqurma və mənzil təminatı naziri Said Mohamed M.Haid, Ruandanın infrastruktur naziri Jean de Dieu Uvihanganye, Kamerunun mənzil və şəhərsalma naziri Celestine Ketcha Courtes, Efiopiyanın şəhər və infrastrukturun inkişafı naziri Chaltu Sani, Tanzaniyanın Dar əs Salam Şəhər Şurasının meri Nurdin Bilal Juma, Nayrobi şəhər dairəsinin qubernatoru Johnson Sakaja, Keniyanın Mənzil, Şəhər Planlaşdırılması və İctimai İşlər Komitəsinin sədr müavini Rindikiri Mugambi Murvithania, “Shelter Afrique” Beynəlxalq Maliyyə Təşkilatının icraçı direktoru Thierno-Habib Hann, “Equity Bank” (Kenya) Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Moses Nyabanda və digər nümayəndələrlə keçirilən görüşlərdə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlığın müsbət inkişaf dinamikası qeyd olunub, dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və müvafiq institutlar arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, eyni zamanda, Anar Quliyevlə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında növbəti işgüzar görüş keçirilib və tərəflər Bakı şəhərində keçiriləcək WUF13-ə hazırlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, artıq 16 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirə yüksək beynəlxalq marağın əyani göstəricisidir.

Beləliklə, qeyd etmək olar ki, İkinci Afrika Şəhərsalma Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı gələn ay paytaxtımızda keçiriləcək WUF13-ə beynəlxalq tərəfdaşların cəlb edilməsinə möhkəm zəmin yaradır.

Qeyd edək ki, Afrika Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyini formalaşdıran liderləri və mütəxəssisləri bir araya gətirən şəhər inkişafı və urbanizasiya ilə bağlı mühüm qitə platformalarından biridir. Forum Afrika ölkələrində sürətli şəhərsalma prosesini daha planlı, inklüziv və davamlı şəkildə idarə etmək üçün Afrika İttifaqı (African Union) ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə yaradılıb və Afrika qitəsi üçün vahid şəhər gündəliyinin formalaşdırılması məqsədini daşıyır. Onun başlıca hədəfləri Afrikada davamlı şəhərsalma siyasətini inkişaf etdirmək, əlçatan və adekvat mənzil imkanlarını genişləndirmək, şəhərlərdə iqtisadi inkişaf və məşğulluğu təşviq etmək, iqlim dəyişikliyi və ekoloji problemlərə uyğun şəhər modelləri yaratmaq və şəhər idarəçiliyində inklüzivlik və bərabərliyi artırmaqdır. AUF-un ümumi məqsədi isə Afrikanın şəhərlərini daha dayanıqlı və iqtisadi cəhətdən güclü mərkəzlərə çevirməkdir.

AUF qlobal səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) regional ekvivalenti kimi düşünülüb. Qeyd edək ki, Birinci Afrika Şəhərsalma Forumuna 2024-cü ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə ev sahibliyi edib.

Həmçinin 10 mindən artıq iştirakçının qatıldığı builki forumun açılışında Keniya Prezidenti Uilyam Samoei Rutonun, eləcə də bir çox hökumət və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı tədbirdə müzakirə edilən məsələlərin aktuallığının və diqqət mərkəzində olduğunun vacib göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub  

17:41
10 Aprel

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:39
10 Aprel

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib

17:38
10 Aprel

Premyer Liqa: “Kəpəz” autsayderə məğlub olub

17:38
10 Aprel

Ali Məclisin yaz sessiyasının növbəti iclasında 5 məsələ müzakirəyə çıxarılıb  

17:27
10 Aprel

“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib  

17:15
10 Aprel

“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi zamanın tələbidir  

17:12
10 Aprel

Komitə sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyib

17:01
10 Aprel

Azərbaycanın dayanıqlı inkişafı üçün yeni yol xəritəsi təsdiqlənib  

16:52
10 Aprel

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub  

16:47
10 Aprel

“Sülh Körpüsü” Təşəbbüsü: Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb

16:41
10 Aprel

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib  

16:36
10 Aprel

Hamburq limanında 1,6 ton kokain ələ keçirilib

16:29
10 Aprel

Dövlət Agentliyinin sədri vətəndaşların müraciətlərini dinləyib 

16:28
10 Aprel

Zəngəzur dəhlizi itirilmiş fürsətlərin geri qaytarılması imkanıdır – AÇIQLAMA  

16:17
10 Aprel

Rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı üzrə strategiyalar  

16:09
10 Aprel

“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim edilib  

16:04
10 Aprel

Atəşkəsdən sonra iqtisadiyyatın bərpası nə qədər zaman ala bilər?  

15:58
10 Aprel

Makron Trampı Versal sarayına dəvət edib

15:52
10 Aprel

Türkiyə və Şimali Kiprdən olan parlamentarilər Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər

15:50
10 Aprel

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:48
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!