22 İyun 2025 17:15
871
SİYASƏT
A- A+
Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazirlər Azərbaycan ilə Somali arasında siyasi münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Hər iki tərəf siyasi dialoqu intensivləşdirməyin, ticarət iqtisadi əlaqələri genişləndirməyin, bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT çərçivəsində Somalinin fəal mövqeyini yüksək qiymətləndirdiyini, İslam dünyasının birliyi naminə qarşılıqlı dəstəyin mühüm olduğunu qeyd edib.

Azərbaycanın humanitar və inkişaf layihələrində, o cümlədən təhsil qrantlarında Somalinin iştirakının vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın ASAN xidmət təcrübəsindən Somalinin faydalanmaq niyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!