Azərbaycan ilə Serbiya arasında münasibətlər dinamik inkişaf edir
Azərbaycan ilə Serbiya arasında münasibətlər son illər dinamik şəkildə və səmərəli inkişaf edərək, yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu, ilk növbədə Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin müstəsna xidmətlərinin nəticəsidir.
Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkədə öz yurd-yuvalarından didərgin düşmüş qaçqınlara, məcburi köçkünlərə və uşaq evinə 2010-cu ilin oktyabrında Azərbaycan dövlətinin qayğı və humanistliyinin nəticəsi olaraq Prezident İlham Əliyevin tapşırığı ilə humanitar yardım göstərilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyunun 8-dən 9-dək Serbiya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin müftisi Muhammed Yusifspahiç və müsəlman icmasının nümayəndələri dövlətimizin başçısına müraciət etmişlər. Onlar 2004-cü ildə Balkanlarda baş verən məlum hadisələr zamanı yandırılmış Belqrad şəhərindəki yeganə "Bayraklı Cami" məscidinin bərpasına, Voyevodina diyarında məskunlaşan məcburi köçkün və qaçqınlara yardım göstərilməsini xahiş etmişlər. Eyni zamanda, Novi Sad şəhərinin meri İqor Pavliçiç bölgədə məskunlaşan qaçqınların ibadəti üçün nəzərdə tutulan "Müqəddəs Petka" kilsəsinin tikintisinin davam etdirilməsi üçün də dövlətimizin başçısına müraciət etmişdir. Serbiyanın Sancak bölgəsinin mərkəzi Novi Pazar şəhərinin müsəlman icmasının nümayəndələri və şəhər meriyası mədəniyyət evinin təmir edilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən yardım göstərilməsi barədə də müraciətlər edilmişdir.
Prezident İlham Əliyevin göstərişi ilə "Bayraklı Cami" məscidi, "Müqəddəs Petka" kilsəsi və Novi Pazar şəhərinin mədəniyyət evində artıq intensiv təmir-tikinti işlərinə başlanılmışdır.
Azərbaycan hökumətinin bu nəcib, xeyirxah və humanist addımı dünyanın ən həssas bölgələrindən biri sayılan Balkan regionunun xalqları, ictimaiyyəti, ziyalıları, müxtəlif dinlərə mənsub olan insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ölkəmizin mənəvi-dini dəyərlərə verdiyi önəm, bütün dinlərə və xalqlara olan tolerantlığının bariz nümunəsidir. Həmçinin Azərbaycan demokratik və dünyəvi ölkə olaraq, Balkan bölgəsində mövcud olan mürəkkəb mədəniyyətlər və dinlərarası dialoqa, barışığa və sülhə müsbət təsir göstərə bilən bir örnək ölkə və inkişaf modeli kimi də qiymətləndirilir.
Dövlətimizin başçısının tapşırığı ilə qəbul edilmiş bu humanist qərar mürəkkəb bir bölgədə yaşayan xalqlarla yanaşı, Qərbi Balkan ölkələrində yaşayan həmvətənlərimizin də sevincinə səbəb olmuşdur.
Dövlətimizin beynəlxalq nüfuzuna xidmət edən, strateji dostluq və əməkdaşlığa, uzaqgörən siyasətə söykənən bu qərar haqqında məlumatlar, ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən həm Serbiyanın, həm də digər Balkan ölkələrinin KİV-lərində geniş işıqlandırılmışdır. Həmçinin bununla bağlı səfirliyə və Belqrad şəhərindəki Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan dövlətinə, xalqına və Prezident İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları daxil olmaqda davam edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!