Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafı üçün mükəmməl hüquqi baza vardır
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Prezidenti Haynts Fişer oktyabrın 12-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.
Avstriya Prezidenti Milli Məclisin iclas zalına baxdı, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış oldu. Prezident Haynts Fişer Xatirə kitabına ürək sözlərini yazdı.
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan ilə Avstriya arasındakı əlaqələrdən danışdı, hər iki ölkənin prezidentlərinin ikitərəfli münasibətlərin inkişafına çox böyük önəm verdiyini bildirdi. Avstriya Prezidentinin ötən il Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan O.Əsədov bu cür görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Prezident Haynts Fişerin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə etmişdir.
O.Əsədov demişdir ki, iki ölkə arasında münasibətləri daha da genişləndirmək üçün mükəmməl hüquqi baza vardır. Bugünə qədər ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafına dair 36 sənəd imzalanmışdır və Avstriyanın 40-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.
İkitərəfli əlaqələrin genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov Avstriya parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyini bildirmişdir.
Milli Məclisin Sədri Azərbaycanın inkişafına mane olan, xüsusən də region dövlətləri və Avropanın özünün təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin həllinin uzandığını bir daha ali qonaqların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, rəsmi Bakı problemin sülh yolu ilə ədalətli həllində maraqlıdır. Ümid edirik ki, beynəlxalq təşkilatların səyi nəticəsində problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaqdır və Avstriya dövləti də bu işdə öz səylərini artıracaqdır.
Prezident Haynts Fişer Azərbaycana səfərindən məmnun qaldığını bildirmiş, Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Ali qonaq demişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu həqiqətən də danılmazdır. Bu baxımdan parlament rəhbərlərinin və deputatların səfərləri böyük önəm daşıyır.
Nümayəndə heyətinin üzvü, Avstriya Milli Şurasının vitse-prezidenti Fritz Noygebauer parlamentlərarası əlaqələrdən danışmış, Milli Məclisin fəaliyyəti ilə maraqlanmışdır.
Oqtay Əsədov Azərbaycan parlamentinin tarixi, fəaliyyəti, keçdiyi şərəfli yol, Milli Məclisdə qəbul olunmuş qanun və qərarlar, deputatların iş şəraiti barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!