Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
İyunun 22-də - Minskdə keçirilən II Avropa Oyunlarının ikinci günündə atletlər idmanın 11 növü üzrə - basketbol 3x3, akrobatika gimnastikası, oxatma, boks, şose velosipedi, cüdo, bədii gimnastika, sambo, tüfəngdən və tapançadan atəşaçma, stend atıcılığı və masaüstü tennis yarışlarında mübarizə aparıblar. İdmanın yeddi növündə 24 dəst medalın sahibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Oyunların ikinci günündə Azərbaycan idmançıları boks, cüdo, sambo, akrobatika gimnastikası, tapançadan atəşaçma və stend atıcılığı yarışlarında mübarizəyə qoşulublar.
"Minsk 2019”da Azərbaycan milli komandasının aktivinə ilk medalı akrobatika gimnastlarımız yazdırıblar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.
II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Samboçularımız günü iki bürünc medalla başa vurublar. Bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar. Mehman Xəlilov dörddəbir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan bürünc medal uğrunda görüşdə iştirakına imkanı yaradıb. O, bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Dörddəbir finalda rumıniyalı Laslo Jolt-Sokeyə qalib gələn E.Həsənov isə yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub olub. Samboçumuz bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.
Digər samboçularımızdan Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) dörddəbir finalda uduzublar. Hər iki samboçumuz təsəlliverici görüşlərdə medal şansı uğrunda yarışsalar da, uduzaraq mübarizəni dayandırıblar. Yığma komandamızın digər üzvləri - Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq) və Abdulla Abdullayev (74 kq) iyunun 23-də mübarizəyə qoşulacaqlar.
"Minsk 2019”un ikinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparıb. Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu, səkkizdəbir finalda belçikalı Çarlin Van Sniki məğlub etsə də, növbəti mərhələdə polşalı Aqata Perensə uduzub. Cüdoçumuz təsəlliverici döyüşdə də ümidləri doğrulda bilməyib. O, bürünc medal uğrunda mübarizədə italiyalı Odette Qluffridaya məğlub olub.
Cüdo yığmamızın digər altı üzvü Aişə Qurbanlı (48 kq), Larisa-Aleksandra Florian (52 kq), İçinxorloo Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə (66 kq) də yarışın birinci günündə uduzaraq mübarizəni dayandırıblar.
Boks yarışlarında onaltıdabir final mərhələsindən mübarizəyə qoşulan dörd idmançımızın hamısı ilk görüşdə qələbə qazanıb. Cavid Çələbiyev (60 kq) Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç, Lorenzo Sotomayor (69 kq) ermənistanlı Qurqen Madoyan, Kamran Şahsuvarlı (75 kq) gürcüstanlı Giorgi Harabadze, Loren Alfonso Dominqes (81 kq) isə ukraynalı Stepan Hrekulu məğlub edərək səkkizdəbir finala yüksəliblər. Xatırladaq ki, Oyunların birinci günündə boksçularımızdan Tayfur Əliyev (56 kq) səkkizdəbir finala vəsiqə qazanıb.
"Minsk 2019”da 10 metr məsafəyə tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışının təsnifat mərhələsində Nigar Rəsulova - Ruslan Lunyov dueti 566 xalla 19-cu olub. Kişilər arasında stend atıcılığı yarışında isə Əli Hüseynli 68 xalla 20-ci olub. Bu nəticə təmsilçilərimizin final mərhələsinə adlamalarına kifayət etməyib.
Beləliklə, Oyunların ikinci günündə Azərbaycan idmançıları dörd - 1 gümüş, üç bürünc medal qazanıblar. Komandamız medal sayına görə 10-cu pillədə qərarlaşıb. Ümumilikdə 20 ölkənin idmançıları medal qazanıblar. İlk üç pillədə Rusiya (9-5-4), Belarus (4-2-8) və Gürcüstan (3-3-4) qərarlaşıblar.
"Minsk 2019”a iyunun 30-da yekun vurulacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!