Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təqdimat mərasimi
Avqustun 9-da Gənclər və İdman Nazirliyində Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İctimai Birlik haqqında videoçarx nümayiş etdirilib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov tədbirdə çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin formalaşdığını və sürətlə inkişaf etdiyini bildirib. O, könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə təşviq etdiyini bildirib.
Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayev könüllülük ənənələrinin qədim olduğunu vurğulayaraq müasir dünyada daha geniş yayıldığını bildirib. O, ölkəmizdə keçirilən I Avropa Oyunlarında 7 min, IV İslam Həmrəyliyi Oyunlarında 4 min, Avropa Gənclər Olimpiya Festivalında 3 min Azərbaycan könüllüsünün fəaliyyət göstərdiyini vurğulayıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Azərbaycan Mədəniyyət kanalının direktoru Ramil Qasımov ölkəmizdə könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib. O qeyd edib ki, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi öz fəaliyyəti ilə dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasına mühüm töhfələr verə bilər.
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində əldə edilmiş nailiyyətlərin gündən-günə artmasından danışıb. O, könüllülük fəaliyyətinin "Könüllü fəaliyyət haqqında” qanuna əsasən tənzimlənməsi, təşkili və həyata keçirilməsini təmin edən dövlət orqanları, Azərbaycanda bu fəaliyyətlə məşğul olan təşkilatlar və onların müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə dəstəyi haqqında məlumat verib. M.Seyidzadə 2019-cu ildə təsis edilmiş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin yaradılmasında əsas məqsədin ölkəmizdə idmanın və bədən tərbiyəsinin davamlı inkişafına dəstək vermək olduğunu bildirərək deyib: "Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin yaradılmasında əsas məqsəd bundan sonra idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə keçiriləcək idman tədbirlərinin təşkili və keçirilməsi üçün vahid idman könüllüləri bazasının formalaşdırılması, bu sahədə işlərin daha keyfiyyətli və səmərəli təşkili olunmasıdır.
Ölkəmizdə idman sahəsində təşkil edilən respublika və beynəlxalq səviyyəli yarışlarda idman könüllülərinin xidmətlərindən geniş istifadə edilir. Bunlara misal olaraq 2015-ci ildə keçirilən I Avropa, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını, 2014-cü ildən başlayaraq hər il təşkil olunan "Formula-1” Qran-prisini, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarını, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasını və bu il təşkil edilən XV Avropa Gənclər Yay Olimpiya Festivalını göstərmək olar. Bu mötəbər yarışların təşkilində və keçirilməsində təşkilat komitələrinin fəaliyyətindən tutmuş, oyunların keçirildiyi məkanlara qədər könüllülər yaxından iştirak ediblər”.
Tədbirdə əminliklə qeyd olunub ki, İctimai Birlik ölkəmizdə idmanın və bədən tərbiyəsinin təbliğində və kütləviliyinin artırılmasında, yeni düşüncə tərzinə malik idmançı nəslinin formalaşdırılmasında özünəməxsus rol oynayacaq.
İdman ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri çıxışlarında təşkilatın yaradılması münasibətilə təbriklərini çatdırıb, İctimai Birliyin fəaliyyətinin Azərbaycan idmanının hərtərəfli inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!