Azərbaycan cəmiyyəti dağıdıcı müxalifəti qəbul etmir
Dağıdıcı müxalifət yenə mitinq həvəsinə düşüb. Baxmayaraq ki, hazırda bu cür aksiyaların keçirilməsi üçün cəmiyyətdə hansısa səbəb yoxdur. O cümlədən, seçkilər dönəmi deyil. Əksinə, ölkədə sox mühüm iqtisadi və struktur islahatları həyata keçirilir. Bu günlərdə Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın artan beynəlxalq nüfuzunun təsdiqi oldu.
Əvvəllər də səbəbsiz-filansız ən müxtəlif hoqqalarla küçələrə çıxmaq istəyən, meydan eyforiyası ilə yaşayan dağıdıcı müxalifət yenə də öz mövcudluğunu göstərməyə çalışır. Amma bu dəfə deyəsən, həm də antiazərbaycançı şəbəkədən yeni "tapşırıqlar” alıb. Çünki yanvarın 19-da "Məhsul” stadionunda keçirdikləri mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki antiazərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər də sosial şəbəkələr vasitəsilə mitinqə çağırış edirdilər. Beləliklə, son mitinq Azərbaycanın siyasi səhnədən demək olar ki, silinmək üzrə olan küçə müxalifətinin antiazərbaycançı dairələr və onların sifarişlərini yerinə yetirən xaricdəki sapı özümüzdən olanların təşkil etdiyi ortaq tədbir idi.
Amma hansı çağırışlarla başa gəlməsindən asılı olmayaraq, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Bu mənada özünü hələ də müxalifət hesab edənlərin və onların ətrafında olanların keçirdikləri mitinq bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti onları qəbul etmir. Bu mitinq göstərdi ki, dağıdıcı müxalifətın sosial bazası demək olar ki, tükənib. Və bu mitinq növbəti dəfə onların miskinliyini və zəifliyini nümayiş etdirdi.
Müxalifət başçılarının mitinqdəki çıxışlarına gəldikdə isə görünən odur ki, onların sanki bir mətnləri var və hər dəfə onu "Məhsul” stadionunda təkrarlayırlar. Bəzi antiazərbaycançı təşkilatların hər dəfə təkrarlanan hesabatları kimi müxalifət başçıları da hər mitinqdə əvvəlki çıxışlarını təkrar edirlər. Bu da onu göstərir ki, özünü müxalifət hesab edən partiyaların rəhbərləri cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Bu həm də onu göstərdi ki, onların aydın proqramı, nöqsan hesab etdikləri məsələlərlə bağlı hansısa təklifləri belə yoxdur. Beləliklə, son mitinqdə də 25 ildən çox dəyişməyən eyni simalar tərəfindən eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlandı. Onların çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Maraqlıdır ki, antiazərbaycançı ünsürlərin sosial şəbəkə hesablarında müxalifətin əslində, aksiyanı xatırladan bu mitinqi "qələbə” kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Stadionda heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Qeyd etdiyimiz kimi, bu, mitinq yox, sadəcə, bir aksiya idi.
Qeyd edək ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən digər ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar. Bu gün Azərbaycana qarşı düşmən və bədxah mövqedə dayanan, uğurlu neft strategiyamızı, iqtisadiyyatımızın inkişafını, regionun lider, əsas söz sahibi olan dövlətinə çevrilməyimizi gözü götürməyən müəyyən xarici dairələr var. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər. Çünki özləri demiş, məqsədlərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdırlar. Azərbaycanın Suriyanın, Liviyanın vəziyyətinə salınması isə antiazərbaycançı şəbəkənin əsas niyyətidir. Təbii ki, bu niyyət onların gözündə qalacaq. Çünki Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur və olmayacaq.
Son "Məhsul” aksiyasından sonra görünən odur ki, Prezident İlham Əliyev ölkənin inkişafını uğurla təmin etdikcə, neqativ hallarla mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Görəsən belə bir vaxtda, o cümlədən Ermənistanla danışıqların yeni mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə ki, antiazərbaycançı şəbəkədən Azərbaycanın uğurlarına kölgə salmaq üçün tapşırıqlar alırlar.
Bu mənada, Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan xəyanətkarların siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur.
Əslində, radikal müxalifət başçıları özləri də yanvarın 19-da keçirdikləri mitinqin fiaskoya uğradığını anlayırlar. Əgər belə olmasaydı, bir gün sonra yanvarın 20-də Şəhidlər xiyabanında cəmiyyətə qarşı hörmətsizlik etməzdilər. Ümumiyyətlə isə belə bir ümummilli hüzn günündən sui-istifadə edib siyasi məqsədlər üçün aksiya təşkil etmək cəhdi mənəviyyatsızlıqdan başqa bir şey deyil. Həm də bir daha aydın oldu ki, bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, baş verən qanunsuz hərəkətlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər? Bu iddianı hətta dağıdıcı müxalifətin sayları minimuma enmiş üzvləri də gülüşlə qarşılayarlar.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!