20 Aprel 2024 11:01
341
İQTİSADİYYAT
A- A+

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib  

 

Nyu-Yorkda energetika naziri Pərviz Şahbazov ilə BMT Baş Assambleyasının prezidenti Denis Frensis arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla BMT əlaqələrinin inkişafı, “Dayanıqlı İnkişaf Məqsədləri”nin yerinə yetirilməsi və COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov neft-qaz resursları ilə regionda və dünyada enerji təchizatında mühüm rol oynayan Azərbaycanın hazırda yaşıl enerji keçidi ilə bağlı ciddi addımlar atdığını bildirib. COP29 zamanı ölkəmizin təcrübə və təşəbbüslərini beynəlxalq enerji ictimaiyyəti ilə bölüşməklə yanaşı, iqlim və yaşıl enerji öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmə üzrə mühüm nəticələrin əldə edilməsinə fokuslandığı diqqətə çatdırılıb. Yaşıl enerji sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə investisiya forumlarının keçiriləcəyi barədə məlumat verilib.

BMT Baş Assambleyasının ilk dəfə keçirilən Dayanıqlılıq Həftəsində Azərbaycanın təmsil olunmasına görə təşəkkürünü bildirən prezident Denis Frensis isə iqtisadiyyatın transformasiyası, dayanıqlı inkişaf və yaşıl enerji sahəsində ölkəmizin səylərini yüksək qiymətləndirib. Baş Assambleyanın prezidenti enerji keçidinin “Dayanıqlı İnkişaf Məqsədləri”nin bir çoxu üzrə irəliləyişlərə təkan verdiyini vurğulayaraq bu xüsusda beynəlxalq əməkdaşlığın vacibliyini bildirib. COP29-a ev sahibliyinə görə Azərbaycanı təbrik edən Denis Frensis ölkəmizin zəngin təcrübəsinin bu tədbirin uğurla keçirilməsinə, qlobal iqlim və yaşıl enerji məqsədlərinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ikitərəfli və COP çərçivəsində əməkdaşlığın digər aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video