“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
"Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2 (I kitab), maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720; № 12 (I kitab), maddə 2229; 2018, № 1, maddə 20) aşağıdakı dəyişikliklər edilsin:
1. 11-ci maddənin birinci hissəsində ", təsərrüfat və ya əməli idarəçiliyində” sözləri "və ya istifadəsində” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddə üzrə:
2.1. səkkizinci hissədə "reklam və digər məlumat qurğuları” sözləri "məlumat qurğuları (reklam qurğuları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.2. doqquzuncu hissədən ", habelə reklam qurğularının” sözləri çıxarılsın.
3. 14-cü maddənin üçüncü hissəsinin üçüncü abzasında və 15-1-ci maddənin altıncı hissəsində "müvafiq icra hakimiyyəti orqanının” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;
4. 15-1-ci maddənin dördüncü hissəsində "müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.
5. 18-ci maddənin birinci hissəsinin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanlarının” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
6. 19-cu maddə üzrə:
6.1. birinci hissədə "reklam və məlumat qurğuları” sözləri "məlumat qurğuları (reklam qurğuları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissədə "lövhələri və qurğular, elanlar və digər məlumat işarələri və göstəricilər” sözləri "reklam və digər məlumat qurğuları” sözləri ilə əvəz edilsin;
6.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Avtomobil yollarının torpaq sahəsində reklam qurğularının yerləşdirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və "Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
7. 19-2-ci maddə üzrə:
7.1. ikinci hissənin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;
7.2. dördüncü hissənin ikinci abzasından "bələdiyyə və ya özəl” sözləri çıxarılsın;
7.3. beşinci hissənin birinci abzasında "Bələdiyyə və ya özəl avtomobil” sözləri "Avtomobil” sözü ilə əvəz edilsin.
8. 21-ci maddənin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.”.
9. 25-ci maddə üzrə:
9.1. ikinci və altıncı hissələrdə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
9.2. beşinci hissədə "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
10. 29-cu maddə üzrə:
10.1. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Avtomobil yollarında yol hərəkəti "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.”;
10.2. beşinci hissə ləğv edilsin.
11. 40-cı maddənin ikinci hissəsindən "müvafiq icra hakimiyyəti orqanı və” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2018-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!