22 İyun 2026 10:36
163
DÜNYA
A- A+
Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?  

Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?  


Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun 2026-cı il tarixli qərarının qərəzli və siyasi xarakter daşıdığı barədə müxtəlif fikirlər səsləndirilir. Bu qərarın məhz Azərbaycanda bir-birinin ardınca beynəlxalq tədbirlərin keçirildiyi dövrdə qəbul olunması da diqqətçəkən məqamlardan biridir.

AZƏRTAC xəbər verir ki, özünü insan hüquqlarının və ədalətin müdafiəçisi kimi təqdim edən Avropa Məhkəməsi uzun illər ərzində Qarabağdan və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının pozulması məsələsinə lazımi diqqət göstərməyib. Müraciətlərə baxmayaraq, həmin insanların üzləşdiyi faciələrə dair hər hansı prinsipial mövqe ortaya qoyulmayıb. Halbuki onlar təkcə doğma yurdlarından didərgin salınmayıb, eyni zamanda, zorakılığa məruz qalıb, əmlaklarını itirib, yaralanıb və həyatlarını itirənlər də olub.

Xocalı soyqırımı kimi bəşər tarixinin ən ağır faciələrindən biri də beynəlxalq qurumlar tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib. İşğal dövründə Azərbaycanın ərazilərində insanlığa qarşı cinayətlər törədilib, tarixi və dini abidələr dağıdılıb, mədəni irs məhv edilib. Buna baxmayaraq, Avropa institutlarının fəaliyyəti Azərbaycan cəmiyyətində ciddi suallar doğurub.

İllər ərzində müstəqilliyini möhkəmləndirən Azərbaycan öz inkişaf modelini formalaşdıraraq regionun aparıcı dövlətinə çevrildi. Güclü ordu quruldu, iqtisadi inkişaf təmin edildi və ölkə Cənubi Qafqazın əsas siyasi-iqtisadi mərkəzlərindən biri oldu. Azərbaycan öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi. Bu nəticə beynəlxalq hüququn tanıdığı suverenlik prinsiplərinə uyğun olaraq əldə olundu.

Müharibədən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Ermənistanla sülh prosesi başladı, nəqliyyat-kommunikasiya layihələri gündəmə gəldi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyəti artdı. Zəngəzur dəhlizi ideyası regionun iqtisadi inteqrasiyasına xidmət edən layihələrdən biri kimi ön plana çıxdı. Məhz bu dövrdə Avropa Şurası Parlament Assambleyasının və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana münasibətdə sərgilədiyi mövqe bir çox ekspertlər tərəfindən təsadüfi hesab edilmir.

Türkiyəli siyasi ekspert Yakub Aslan məsələ ilə bağlı bildirib: “Avropa uzun illərdir demokratiya və insan hüquqları məsələlərindən müxtəlif dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir. Türkiyə onilliklər boyu Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar aparsa da, müxtəlif bəhanələrlə proses uzadılıb. Bu, Avropanın ikili standartlar siyasətinin göstəricisidir. Azərbaycana münasibətdə də oxşar yanaşmanın şahidi oluruq. Qarabağ münaqişəsinin həllində nəticə əldə edə bilməyən Avropa institutları Azərbaycanın öz gücü ilə yaratdığı yeni reallıqları qəbul etməkdə çətinlik çəkirlər”.

Son illərdə Avropa institutlarında baş verən korrupsiya və lobbiçilik qalmaqalları da bu qurumların nüfuzuna ciddi zərbə vurub. Xarici təsirlər, maliyyə maraqları və siyasi sifarişlər barədə yayılan məlumatlar Avropa strukturlarının qərarlarının obyektivliyi ilə bağlı şübhələri artırıb.

Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsinə maddı “yardım” əvəzinə lobbiçilik etmək, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar, Avropa diplomatiyasının sabiq rəhbəri, Avropa Kollecinin rektoru Federika Mogerini və keçmiş baş katibi Stefano Sannino və daha üç əməkdaşın dələduzluqda şübhəli bilinərək saxlanılması, hətta Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrellin adının da bu qalmaqalda hallanması Avropanın müxtəlif qurumlarına qarşı etimadın itməsinə səbəb olub.

Bütün bunlardan sonra Avropa məhkəməsinin qərarını ciddi hüquqi sənəd kimi qəbul etmək olarmı? Əlbəttə ki, olmaz və heç kim də qəbul etmir. Onu da nəzərə çatdırmaq lazımdır ki, belə təzyiqlərə yalnız Azərbaycan məruz qalmır. Buna misal olaraq bir çox ölkələri göstərmək olar. Lakin məqsədimiz bu deyil. Avropa məhkəməsi və digər qurumlar Azərbaycanın artıq maliyyə və hərbi və siyasi dəstəyə ehtiyacı olmadığını başa düşməlidirlər. Hər bir dövlətin milli maraqlarını qorumaq haqqı var. Azərbaycan da öz haqqını qorumaq hüququna malikdir və bu hüquq bütün büynəlxalq sənədlərdə öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcnun Məmmədov: Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur  

11:48
22 İyun

Kənd təsərrüfatı naziri: Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub

11:48
22 İyun

Avropa Parlamentinin bir qrup deputatı ilə bağlı araşdırma tələb edilib

11:47
22 İyun

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib YENİLƏNƏCƏK  

11:46
22 İyun

Məcnun Məmmədov: Ötən il Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı ÜDM-in 12,7 faizini təşkil edib  

11:41
22 İyun

QMİ sədri “Dinlər Sülh Uğrunda” təşkilatının toplantısında iştirak edəcək

11:40
22 İyun

Nazir müavini: 2026–2030-cu illər üzrə Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir

11:40
22 İyun

Dünya çempionatının qrup mərhələsi rekordlarla yadda qaldı

11:39
22 İyun

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında parlament əməkdaşlığı gücləndirilir

11:38
22 İyun

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

11:28
22 İyun

Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

11:27
22 İyun

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

11:26
22 İyun

Prezidentin köməkçisi: 32 rayonda 52 aqropark yaradılıb

11:25
22 İyun

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

11:25
22 İyun

Azərbaycan beynəlxalq səviyyədə etibarlı dialoq məkanı kimi qəbul olunur  

11:23
22 İyun

İslam İnkişaf Bankının Bakı toplantısı Azərbaycanın artan nüfuzunun növbəti göstəricisi oldu  

11:19
22 İyun

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir  

11:17
22 İyun

Qətərin Ras Laffan LNG zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb  

11:16
22 İyun

Hərəkət iştirakçıları üçün təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb

11:15
22 İyun

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

11:14
22 İyun

Biləsuvarda 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş regional müşavirə işə başlayıb

11:14
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!