27 Yanvar 2026 12:36
550
İQTİSADİYYAT
A- A+
Auditorlar Palatası Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı ilə Anlaşma Memorandumu imzalayıb

Auditorlar Palatası Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı ilə Anlaşma Memorandumu imzalayıb


Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) arasında işgüzar görüş keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi Azərbaycan Respublikasının Auditorlar Palatası ilə KGK arasında audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və onun keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflığın və etibarlılığının artırılması istiqamətində əməkdaşlıq, iki ölkənin auditorlarının birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TM) və haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə əməkdaşlıq perspektivlərinin, habelə türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məsələlərinin müzakirəsindən, habelə sadalanan məqsədlərə nail olmaq üçün Anlaşma Memorandumunun imzalanmasından ibarət olub.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və dərin məzmunlu iqtisadi islahatlar ölkədə sağlam biznes mühitinin formalaşdırılmasına, investisiya cəlbediciliyinin artırılmasına, dayanıqlı iqtisadi inkişafın təmin olunmasına dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir. Bu baxımdan, ölkə auditorları qarşısında duran mühüm vəzifələrdən biri də auditor fəaliyyəti sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və milli iqtisadi mühitə uyğun şəkildə tətbiqini həyata keçirməkdən ibarətdir.

Audit və mühasibatlıq sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi maliyyə şəffaflığının təmin olunmasında mühüm rol oynayır. Etibarlı maliyyə hesabatlılığı, beynəlxalq standartlara uyğun audit mexanizmləri və güclü institusional nəzarət sistemi həm dövlət sektorunda maliyyə intizamının möhkəmləndirilməsinə, həm də özəl sektorda sağlam korporativ idarəetmənin formalaşmasına birbaşa təsir göstərir. Audit institutu, həmçinin investor etimadının gücləndirilməsində və iqtisadi risklərin vaxtında müəyyən olunmasında əvəzsiz rol oynayır.

“Bu gün qardaş Türkiyə Respublikasının müvafiq tənzimləyici qurumu olan İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı ilə bir araya gəlməyimiz məhz bu strateji yanaşmanın təzahürüdür. Azərbaycan və Türkiyə arasında mövcud olan dərin siyasi, iqtisadi və mənəvi bağlar peşəkar və institusional səviyyədə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. İki ölkənin audit sahəsində tənzimləyici qurumları arasında təcrübə mübadiləsi, beynəlxalq standartların tətbiqi, keyfiyyətə nəzarət mexanizmlərinin uyğunlaşdırılması və kadr potensialının inkişafı istiqamətlərində əməkdaşlıq geniş perspektivlər vəd edir. Hesab edirik ki, Türkiyənin müstəqil auditin tənzimlənməsi, keyfiyyətə nəzarət və beynəlxalq standartların tətbiqi sahəsində topladığı zəngin təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi institusional inkişaf xətti ilə tam uzlaşır. Eyni zamanda, Azərbaycan da öz növbəsində audit və maliyyə nəzarəti sahəsində əldə etdiyi nəticələri qardaş ölkə ilə bölüşməyə hazırdır. Bugünkü görüş və imzalanacaq Anlaşma Memorandumu təkcə iki qurum arasında əməkdaşlığın hüquqi əsasını formalaşdırmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər arasında audit və mühasibatlıq sahəsində daha genişmiqyaslı institusional əməkdaşlığa, ortaq yanaşmaların və vahid peşəkar platformaların yaradılmasına doğru atılmış mühüm addımdır”, - deyə V.Novruzov qeyd edib.

Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatının (KGK) sədri Hasan Özçelik çıxışında iki ölkənin audit qurumları arasında əməkdaşlığın tənzimləyici təcrübələrin qarşılıqlı ötürülməsi və auditin keyfiyyətinin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə çıxış edərək maliyyə intizamının möhkəmləndirilməsində audit institutunun roluna toxunub, türkdilli ölkələr arasında iqtisadi və institusional inteqrasiyanın vacibliyini qeyd edib.

Daha sonra tədbir çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum audit və mühasibatlıq sahəsində qarşılıqlı əməkdaşlığın hüquqi və institusional əsaslarının formalaşdırılmasını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

KGK sədrinin köməkçisi Murat Yünlü çıxış edərək Türkiyədə auditin keyfiyyətinə kənar nəzarətin mexanizmləri və beynəlxalq standartların tətbiqi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova çıxışında peşəkar kadr potensialının gücləndirilməsi, maliyyə menecerləri və auditorlar üçün davamlı ixtisasartırma proqramlarının əhəmiyyətini vurğulayıb.

Görüşdə Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin təsis edilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Qeyd edilib ki, belə birliyin yaradılması türkdilli dövlətlər arasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, audit və mühasibatlıq standartlarının ortaq prinsiplər əsasında yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması və sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması baxımından mühüm platforma rolunu oynaya bilər.

Bununla yanaşı, birgə ixtisasartırma və təlim proqramlarının təşkili, ortaq tədris materiallarının hazırlanması, gənc mütəxəssislərin beynəlxalq səviyyədə yetişdirilməsi, habelə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) kimi nüfuzlu qurumlarda birgə təmsil olunma təşəbbüsləri və perspektivləri müzakirə olunub.

Tədbir təcrübə mübadiləsi və yekun müzakirələrlə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib

13:35
27 Yanvar

Hulusi Kılıç: Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur  

13:35
27 Yanvar

Sabah Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq  

13:34
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!