ATİB Fransa parlamentində qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsinin qəbuluna etiraz edir
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 22 dekabr 2011-ci il tarixində Fransa parlamenti tərəfindən qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini böyük hiddətlə qarşılamışdır.
ATİB Fransanın Türkiyə və Azərbaycanla siyasi və iqtisadi münasibətlərinə xələl gətirəcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir göstərəcəyinə şübhə doğurmayan bu qərarın qəbulunda Fransa Prezidenti Nikola Sarkozinin parlamentə təzyiqini və canfəşanlıqla iştirakını böyük təəssüf hissi ilə izləmişdir.
Birlik hesab edir ki, hətta Fransanın da milli və regional maraqlarına zidd olan bu addım bəzi siyasi dairələrin qısa müddətdə siyasi dividend qazanmaq cəhdlərinin nəticəsidir. Eyni zamanda, Türkiyənin və Azərbaycanın yürütdüyü proaktiv xarici siyasətin də bəzi siyasi və biznes dairələrini təşvişə saldığı məlumdur. Sənədin ehtiva etdiyi məsələlər demokratik Fransa cəmiyyətində və ümumilikdə Avropa hüquq məkanında fikir və söz azadlığı kimi fundamental prinsiplərlə də ziddiyyət təşkil edir.
ATİB hesab edir ki, son qərarla Fransanın hazırkı siyasi rejiminin ermənilərin mövqeyinin aktiv müdafiəçisi olduğu bir daha aydın olmuşdur. Bitərəfliyini itirən bir ölkənin isə ən azı həmin bitərəfliyi təmin edənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsi bundan sonra mümkünsüzdür. Qanun layihəsinin müzakirələri zamanı sənədin qəbul olunmasına qarşı çıxan fransalı deputatların, iş adamlarının, hüquqşünasların və tarixçi alimlərin qanunverici orqanı tarixi məsələlərə bu şəkildə ciddi müdaxilə etməməyə səsləmələrini, Fransanın öz keçmişinin bir parçası olan istismarçı kolonializmin xüsusilə Afrikada və Ərəb ölkələrindəki fəsadlarını xatırlatmaları, Türkiyə ilə münasibətlərin korlanmasının risklərini qeyd etmələrini məmnunluqla qarşılayır və həqiqətləri söylədikləri üçün həmin şəxslərə təşəkkür edir.
Ümid edirik ki, Fransa vətəndaşları növbəti seçkilər zamanı bu qanun layihəsi ilə ucuz siyasi oyun oynayaraq səs qazanmağa çalışanların layiqli cavabını verəcək və onlara Fransa Respublikasının dəyərlərini xatırladacaq, şəxsi mənafelərini ölkə mənafelərindən üstün tutanları cəzalandıracaqdır.
ATİB Fransa parlamentinin son qərarını kəskin şəkildə pisləyir və sənədin yekun imzalanma mərhələsinə qədər olan müddətdən bu ölkənin səmərəli istifadə edərək münasibətlərinin pozulmaması naminə geri addım atacağına ümid edir. Eyni zamanda, Fransada yaşayan və ümumilikdə sayca heç də erməni diasporundan az olmayan türk və azərbaycanlı icmasına, dərnəklərə də səslənərək onları ölkələrimizlə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılmasında daha aktiv olmağa çağırır, bu prosesdə əməkdaşlığa hazır olduğumuzu bildiririk.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!