05 İyul 2024 08:35
960
İQTİSADİYYAT
A- A+
Astana toplantısı: Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulandı

Astana toplantısı: Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulandı

 

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında qonaq qismində iştirak edərkən Prezident İlham Əliyev bir sıra dövlət başçıları ilə görüşmüşdür. Bu görüşlərin özü də Prezident İlham Əliyevin Azərbaycanın şəksiz Lideri olduğunu, ölkəmizin nüfüzunu və etibarlı tərəfdaş kimi qəbul edildiyini, həyata keçirdiyi genişmiqyaslı işlərin dəstəkləndiyini bir daha göstərmişdir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev görüş zamanı demişdir: "Biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk".
Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında müzakirə edilən və razılaşdırılan bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstərilir. 
İşğaldan azad olunmuş Füzuli rayonunda fəaliyyət göstərən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini isə dövlətimizin başçısı Qazaxıstan-Azərbaycan dostluğunun və qardaşlığının mərkəzi adlandırmışdır.
Astanada iyulun 3-də dövlətimizin başçısı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş də olub. Məlumdur ki, hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin artan dinamikası müsbət hal kimi qeyd edilir. Potensial isə daha böyükdür Ona görə də sözügedən görüşdə siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələr, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
"Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir. İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum "Şimal-Cənub" magistralıdır". Bunları isə dövlətimizin başçısı ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin demişdir. 
Prezident İlham Əliyev keçən dəfə Moskvada "Şimal-Cənub" layihəsinin müzakirə edildiyini xatırladaraq bildirmişdir ki, o vaxtdan bəri müsbət irəliləyişlər baş verib. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik. Çünki fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir.
Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi getdikcə artır. Həm keçən , həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, bir neçə il əvvəlki danışıqlar uğurla həyata keçirilir.
Əmtəə dövriyyəsinin artması Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də əsas mövzulardan olmuşdur. Si Cinpin bundan məmnun olduğunu bildirərək vurğulamışdır ki, əmtəə dövriyyəsi 3 milyard dollara çatıb və artım üçün potensial da var. 
Xatırladaq ki, Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da həmin ölkənin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Azərbaycan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. Odur ki, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə investisiyalar qoyduğu da qeyd edilmişdir. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulanmışdır.
Orta dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi, eləcə də bir sıra digər sahələrlə bağlı fikir mübadiləsi aparılması ölkələrimiz arasında iqtisadi əlaqələrin daha sürətlə inkişaf edəcəyindən xəbər verir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

01:32
15 Fevral

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub  

22:23
14 Fevral

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb  

22:03
14 Fevral

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub  

21:57
14 Fevral

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib  

21:42
14 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

21:36
14 Fevral

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

21:21
14 Fevral

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib  

21:09
14 Fevral

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB  

21:02
14 Fevral

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq  

20:47
14 Fevral

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub  

20:38
14 Fevral

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb  

20:31
14 Fevral

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib  

20:22
14 Fevral

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub

20:16
14 Fevral

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB  

20:08
14 Fevral

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya  

19:58
14 Fevral

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:52
14 Fevral

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

19:46
14 Fevral

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

19:42
14 Fevral

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı  

18:43
14 Fevral

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib  

18:41
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!