18 May 2025 09:00
976
Mədəniyyət
A- A+
"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"


"Aktyor olmağımın səbəbkarı anam və görkəmli aktyorların yaratdığı qədim Azərbaycan filmləri olub. Kiçik yaşlarımdan filmlərimizə baxanda anam rolları canlandıran aktyorları mənə tanıdar, maraqlı məlumatlar verərdi. O zaman aktyor olacağımı düşünməsəm də, kino qəhrəmanlarına oxşamağa çalışırdım. Filmlərimiz ruhuma hakim kəsilmişdi. Sonralar Adil İsgəndərovun, Şahmar Ələkbərovun, Hamlet Xanızadənin, Həsən Məmmədovun, Yusif Vəliyevin, Həsənağa Turabovun, Yaşar Nurinin, Siyavuş Aslanın, Amaliya Pənahovanın, Səfurə İbrahimovanın, Sənubər İsgəndərlinin yaratdıqları obrazlara dəfələrlə baxar, onların səs tembrini, danışıq tərzini, diksiyalarını hafizəmə yazmağa çalışardım. Onlar kimi danışmaq, yerimək, hətta dünyanı onlar kimi görmək istəyirdim. O qədər filmə baxmışdım ki, dublyaj olunan filmlərdə aktyorları səsindən tanıyırdım. Anama deyirdim ki, "ana, bu, Ənvər Həsənovun səsi deyil, Əliabbas Qədirovun səsidir…

O zaman filmlər demək olar ki, səsin üzərində qurulurdu. Rasim Balayevin həm sənətinin, həm də səsinin vurğunuydum. Onun "Nəsimi" filmindəki yaratdığı möhtəşəm Nəsimi obrazına baxdıqdan sonra qəti qərar verdim ki, mən də aktyor olacağam". 

Redaksiyamızın bugünkü qonağı aktyor Tural Əhməddir. O, 9 may 1983-cü ildə anadan olub. İbtidai təhsilini Mərdəkan qəsəbəsindəki 181 saylı məktəbdə alıb, on birinci sinfi 151 saylı məktəbdə başa vurub.

Tural deyir: "Evdə aktyor olmağımı istəmirdilər. Valideynlərimin sözündən də çıxa bilmirdim. Məcbur qalıb sənədlərimi Jurnalistika fakültəsinə verdim. Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsini bitirəndə anladım ki, bu, mən deyiləm. Arzum, məqsədim var, bir ömür getmək istədiyim yol var. Birbaşa valideynlərimə də "yox" demədim. Elə həmin il hərbi xidmətə getdim.

Sənətə gəlişim isə tamamilə təsadüfi oldu. Bir gün metroda əsgər yoldaşımla qarşılaşdım. O, mənə kino məktəbindən danışdı və sənədlərimi verməyi təklif etdi. Razılaşdım. İmtahanları uğurla verərək qəbul oldum. İmtahan komissiyasında Şəfiqə Məmmədova, mərhum Fuad Poladov, Rüstəm İbrahimbəyov və Cəmil Quliyev kimi sənətkarlar var idi. 2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbində Şəfiqə Məmmədovanın kursunu bitirib, 25 yaşımda aktyorluğa gəldim".

2008-ci ildən aktyorluğa başlayan Tural Əhməd ilk rolu ilə rejissorların diqqətini cəlb edir. Bu illərdə çoxsaylı bədii film, bir çox seriala çəkilən aktyor sənət sahəsində özünü təsdiq etmiş aktyor kimi tanınır.

2015-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən Tural Əhməd  bu illər ərzində müxtəlif tamaşalarda maraqlı obrazlar canlandırıb. Onun sənət qalereyası ilə tanış olduqda bir sıra rəngarəng obrazlar yaratdığının şahidi oluruq. "Məkr və Məhəbbət"də  Ferdinand fon Valter, "Nargin faciəsi"ndə Fərqat Tursun, "Şanlı Vətən"də Əhməd Cavad, "Nəsimi"də Nəsimi, "Sonsuz tanrı məhəbbəti"ndə  Nizami Gəncəvi, "Sehrbaz"da Samit, "Xan qızı"da Xasay bəy, "Şuşada ürəyim qaldı"da Mahmud bəy, "Ana tarla"da Qasım, "Şekspir"də Drob 13, "Ötən günlər"də Atabəy obrazlarını canlandırıb.

Tural deyir ki, aktyor üçün rolun böyüyü-kiçiyi olmur: "Yaratdığım obrazlar dogma övladlarım kimidir. Valideyn övladları arasında ayrı-seçkilik etmədiyi kimi, aktyor da yaratdığı obrazları bir-birindən ayırmır. 29 aprel 2025-ci ildə Akademik Milli Dram Teatrında məşhur özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanı əsasında hazırlanan tamaşanın premyerası oldu. Quruluşçu rejissor Mərahim Fərzəlibəyov, bədii rəhbər Aynur Muxtarova, səhnələşdirən isə Kənan Hacı idi. Bu tamaşada Atabəy obrazını canlandırdım. Həm tamaşanın ruhundan, həm də tamaşaçıların  reaksiyasından böyük zövq aldım. Həyatdır da, maddi sıxıntı da olur, çatışan, çatışmayan o qədər işimiz var ki... Tamaşadan sonra özümə dedim ki, Tural, nə yaxşı ki, sən bu yolu seçmisən".

Özünəməxsus səs tembri olan sənətkarın kinoda ilk debütü Ülviyyə Könülün rejissoru olduğu "Sirr" serialında İmran Axundov obrazıdır. Bundan sonra rolların vizual şərhini dəqiq çatdırdığına görə rejissorlar ona ikinci planlı və baş rollar həvalə etməyə başlayırlar. Beləliklə, aktyor 30-dan çox filmə və seriala çəkilir. İkiseriyalı "Atabəylər" bədii filmində Arslan şahı, "Aktyor" bədii filmində Ənvəri, "Möcüzə" bədii filmində  Kamranı, "Gizli yara"  serialında Turalı, "Nağıl kimi cümhuriyyət" sənədli filmində Stalini canlandıran aktyor "İlğım", "Sərnişinlər", "Şeyx Sənan", "İnci tək", "Yuxu kimi", "Zəhər tuluğu", "Gecə yarısı", "İfşa", "Nəfəs", "Ata ocağı", "Qara yazı", "O gecə", "Oyun", "Dəfnə ağacı", "Pərdə", "Əli və Nino", "Yarımdünya", "Tufanlı səma", "İkinci bahar", "Paytaxt salatı" ,"Nifrət", "Edam məhkumunun son günü", "Xəlvətdə qalmış müdrik", "Həyat çiçəyi", "Həyat varsa" filmlərində yaddaqalan obrazlar yaradıb.

Tural deyir: "Bəli, bir neçə filmə, seriala çəkilmişəm.Yaşıma görə bu, heç də az deyil. İçimdə sanki bir sənət vulkanı var. Hesab edirəm ki, yaratdığım obrazlarla imkanımı tam göstərə bilməmişəm. Düşünürəm, sənətdə daha böyük işlər görməyə imkanım var. Bu gün bütün dünya Azərbaycan əsgərinin Qarbağda göstərdiyi qəhrəmanlıqdan danışır. Arzum Qarabağda Zəfər bayrağını ucaldan qəhrəman Azərbaycan əsgərinin obrazını canlandırmaqdır".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!