22 İyun 2026 08:53
173
DÜNYA
A- A+
Araşdırma: ABŞ-nin İrana qarşı hərbi əməliyyatları 40 milyard dollara başa gəlib

Araşdırma: ABŞ-nin İrana qarşı hərbi əməliyyatları 40 milyard dollara başa gəlib


Pentaqon İrana qarşı hərbi əməliyyatlara təxminən 40 milyard dollar xərcləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tezliklə dərc olunacaq araşdırmasına istinadla məlumat verilib.

Məlumata görə, CSIS-in baş məsləhətçisi Mark Kansian CNN-ə bildirib ki, bu məbləğə sursatların dəyəri, məhv edilmiş texnika və ABŞ bazalarına dəyən ziyan daxildir. Lakin əməliyyat xərcləri bu hesablamaya daxil edilməyib və həmin xərclərin artıq 2026-cı maliyyə ili büdcəsinə salındığı bildirilir.

Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi xərclərin əsas hissəsini üzərinə götürsə də, münaqişə Daxili Təhlükəsizlik və Veteranlar İşləri nazirliklərinə də təxminən 1 milyard dollara başa gəlib.

Bundan başqa, Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim edilən məlumatlarda döyüş xərclərinin ümumilikdə 29 milyard dollar olduğu bildirilir. Bu rəqəmə təmir, avadanlıqların yenilənməsi və ümumi əməliyyat xərcləri daxildir.

Eyni zamanda, münaqişə dövründə ABŞ-də benzin qiymətlərinin artdığı qeyd olunur. Analitiklərin məlumatına görə, Yaxın Şərqdən neft tədarükü təxminən dörd ay dayanıb və bu dövrdə qlobal bazarda 1,15 milyard barel neft çatışmazlığı yaranıb. ABŞ-də illik inflyasiyanın isə üç ildən sonra ilk dəfə 4%-i keçdiyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

11:28
22 İyun

Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

11:27
22 İyun

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

11:26
22 İyun

Prezidentin köməkçisi: 32 rayonda 52 aqropark yaradılıb

11:25
22 İyun

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

11:25
22 İyun

Azərbaycan beynəlxalq səviyyədə etibarlı dialoq məkanı kimi qəbul olunur  

11:23
22 İyun

İslam İnkişaf Bankının Bakı toplantısı Azərbaycanın artan nüfuzunun növbəti göstəricisi oldu  

11:19
22 İyun

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir  

11:17
22 İyun

Qətərin Ras Laffan LNG zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb  

11:16
22 İyun

Hərəkət iştirakçıları üçün təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb

11:15
22 İyun

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

11:14
22 İyun

Biləsuvarda 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş regional müşavirə işə başlayıb

11:14
22 İyun

AZAL-ın dördüncü “Airbus A320neo” təyyarəsi donanmasına əlavə olunub

11:06
22 İyun

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub

11:01
22 İyun

İnfarkt və insultdan necə qorunmalı?

10:58
22 İyun

Azərbaycan “Global Offshore Wind 2026” beynəlxalq tədbirində təmsil olunub

10:48
22 İyun

Rusiya Ukrayna limanlarına doğru üzən ticarət gəmilərinə hücum edib

10:46
22 İyun

Filippində məktəbdə atışma zamanı 4 nəfər ölüb, 5-i xəsarət alıb

10:43
22 İyun

Bakı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir  

10:42
22 İyun

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:39
22 İyun

Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?  

10:36
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!