“Arabnews”: Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaradıb
Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” nəşrində türkiyəli politoloq Sinəm Çengizin rəsmi Ankaranın Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə nail olmaq məqsədilə irəli sürdüyü “Altılıq əməkdaşlıq platforması” haqqında geniş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda yeni geosiyasi mənzərə yaratdığını diqqətə çatdıran müəllif Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın cəlbini ehtiva edən “altılıq platforması”nın yeni reallıqlara uyğun olduğunu yazıb. O qeyd edib ki, Azərbaycanın Qələbəsinin regionun tarixində yeni səhifə açdığını söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın bu təklifinin tərəflərin hamısı üçün sərfəli olduğunu bəyan edib. Türkiyə hesab edir ki, Ermənistanın bu prosesə qoşulacağı və müsbət addımlar atacağı təqdirdə ikitərəfli münasibətlərdə də müəyyən irəliləyişlər ola bilər, bu isə müharibədən məğlub çıxmış ölkə üçün faydalıdır.
Müəllif, eyni zamanda, vurğulayır ki, altı ölkənin regional əməkdaşlıq mexanizmi regionda iqtisadi, enerji, nəqliyyat və ticarət əlaqələrini möhkəmləndirə bilər. Bu platformanın reallaşmasında Türkiyə və Rusiyanın sıx əməkdaşlığı da mühüm rol oynayacaq. Digər tərəfdən, İranın yeni siyasi rəhbərliyinin də Cənubi Qafqazda geosiyasi mənzərənin Azərbaycanın xeyrinə dəyişməsi reallığını qəbul etdiyi görünür.
Məqalədə qeyd edilir ki, sözügedən platformanın reallaşmasında bəzi maneələr, ən başlıcası isə Rusiya ilə Gürcüstan arasında gərgin münasibətlər mövcuddur. İkinci maneə isə Ermənistanın Türkiyə və Azərbaycanla bağlı düşmənçilik mövqeyidir. Bu kontekstdə erməni tərəfi birdəfəlik olaraq hər iki qonşusuna ərazi iddialarından əl çəkməli və rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!