Aqrar sektorda istehsalın artımı emal sənayesinin inkişafını şərtləndirir
Azərbaycanda dövlətin aqrar sektorun inkişafına yanaşması mükəmməldir və müasir dünya təcrübəsi ilə vəhdət təşkil edir. İki gün əvvəl Kürdəmir rayonunda "Qlobal Aqro” MMC-nin aqroparkının açılışı və dövlət başçısının bu tədbirdə şəxsən iştirak etməsi bunu bir daha təsdiq edir.
Söz düşmüşkən bildirək ki, "Qlobal Aqro” MMC-nin rayonun Karrar qəsəbəsi və Pirli kəndi ərazisində yerləşən aqroparkı iki min hektar sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsait qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf edilib. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə - qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib.
Rəqəmlərə müraciət etdikdə də görülən işlərin, aqrar sektorda islahatların miqyasını və məzmununu aydın dərk etmək mümkündür. Hazırda ölkənin 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər aparılır. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı isə birinci mərhələ üzrə fəaliyyətə başlayıb. Həmin aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə iqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının rolunu xüsusi qeyd etmiş, növbəti dövrdə kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstərilməsinin zəruriliyini vurğulamışdır. Qeyd olunmuşdur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artması, aqrar sektorda ənənəvi sahələrin sürətlə bərpa edilərək inkişaf etməsi emal sənayesini də stimullaşdırır.
Məlumdur ki, ölkədə son illər kənd təsərrüfatı məhsullarını emal edən yeni zavod və müəssisələrin şəbəkəsi yaradılmış, konservləşdirilmiş məhsulların ixracında müsbət tendensiya formalaşmışdır. Lakin dövlət başçısı sonuncu müşavirədə bu məsələyə bir qədər tənqidi mövqe nümayiş etdirmişdir. Prezident keçən il meyvə-tərəvəz istehsalının artımı fonunda mövcud emal müəssisələrinin istehsal gücünün yetərincə olmadığını bildirmiş, özəl sektorun bu işlərdə öz vəsaiti hesabına daha fəal iştirak etməsinin vacibliyini dilə gətirmişdir. Buna misal olaraq tütün istehsalnın artmasına, ölkədə siqaret fabrikinin yenidən qurulmasına baxmayaraq, siqareti tütün istehsal etməyən ölkələrdən idxal etməyimizi paradoks hal kimi dəyərləndirmişdir: "Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır”.
Bu baxımdan yanaşanda baramaçılığın inkişafı xüsusi yanaşma tələb edir. Məlumdur ki, bu gün baramaçılıq ölkənin aqrar sektorunda inkişaf tempinə görə rekord qıran ənənəvi sahələrdən birinə çevrilmişdir. Əlbəttə, heç bir uğur asan əldə edilmir. Azərbaycan kümçülərinin son 5 ildə qazandıqları nailiyyətlər müasir dünya təcrübəsinin tətbiqinin, dövlətin ciddi maliyyə dəstəyinin və kümçülərə ayrılan xüsusi diqqətin nəticəsidir.
Baramaçılıq isə dünyada xüsusi imici, bənzərsiz keyfiyyətləri ilə seçilən sahədir. Xalqımız əsrlər boyu ipək istehsal etmiş, onun şöhrətini göylərə qaldırmışdır. İpək məhsullar milli geyimlərimizin, bayramlarımızın və toylarımızın bəzəyi olmuşdur. Digər tərəfdən, ipək dünyada ən təmiz ekoloji məhsul sayılır, min hektarlarla çəkilliklərin - tut bağlarının salınması, tingçiliyin inkişafı ekoloji balansı qoruyur, yaşıllıqları artırır. Elə ona görə də ölkəmizə milyonlarla tut tingi gətirilərək həm də yeni yaşıllıqların salınmasına, təbii landşaftın qorunmasına ciddi dəstək verilir. Bunlardan əlavə, barama qurdlarının inkubasiyası, yemlənməsi və yetişdirilməsi mərhələlərində herbisidlərin və pestisidlərin tətbiqi sıfır səviyyəsində olur. Yəni bu proses başdan-ayağa ekoloji cəhətdən tam təhlükəsizdir. Eyni zamanda minlərlə insan iş yerləri ilə təmin edilir.
Bütünlükdə ötən il aqrar sahədə həyata keçirilən islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında əsaslı artım əldə edilmiş, bazarda azad və rəqabətli şərait formalaşmışdır. Kənd Təsərrüfatı Nazirliyi bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri yaratmışdır. Fermerlərə bu gün "Bir pəncərə”də 60-a yaxın xidmət göstərilir, subsidiyalar elektron kənd təsərrüfatı sistemi üzərindən verilir. Söz düşmüşkən qeyd edək ki, bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Ümumiyyətlə, cari il elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaqdır. Bunlardan əlavə, "Aqrar sığorta haqqında” qanun təsdiqlənmiş, Aqrar Sığorta Fondu yaradılmış və fermerlərin kiçikhəcmli kreditlərə çıxışının həlli yolları müəyyən edilmişdir.
Emal məsələsinə gəldikdə, bu sahənin inkişafı ilə bağlı dövlət başçısının tapşırığına əsasən hazırda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə iş aparır və tezliklə təkliflər paketi dövlət başçısına təqdim ediləcək.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!