19 Yanvar 2026 14:41
123
İQTİSADİYYAT
A- A+
Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı genişləndirir  

Aqrar İnnovasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığı genişləndirir  


Dövlət-özəl əməkdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AİM) ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Müzakirələrdə qeyd olunub ki, hər iki qurumun səmərəli əməkdaşlığı çərçivəsində regionlarda keçirilən Aqrar Biznes festivallarına sahibkarların aktiv cəlb edilməsi təmin olunur. Festivallar kənd təsərrüfatı məhsullarının tanıdılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də sahibkarlarla maliyyə qurumları arasında birbaşa əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayır.

Tərəflər aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə maarifləndirici tədbirlərin, praktiki görüşlərin və müzakirə formatlarının əhəmiyyətini xüsusi qeyd ediblər. Bildirilib ki, festivallar çərçivəsində keçirilən panel müzakirələr, kredit yarmarkaları kimi tədbirlər sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlılığının artırılmasına mühüm töhfə verir.

Müzakirələrdə cari ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələrində tərəfdaş qismində iştirak barədə razılıq əldə olunub. Bu panel müzakirələrinin region sahibkarları üçün bilik və təcrübə mübadiləsi baxımından effektiv platforma olacağı vurğulanıb.

Müzakirə zamanı, həmçinin qeyd olunub ki, ASK bank və maliyyə sektorunun kredit yarmarkalarına cəlb edilməsi və bu prosesin təşviqi istiqamətində dəstək göstərəcək. Tərəflər gələcək dövrdə birgə təşəbbüslərin genişləndirilməsi, festivallara və digər maarifləndirici tədbirlərə daha çox sahibkarın cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi barədə razılıq əldə ediblər.

Qeyd edək ki, son illər ərzində bölgələrdə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Bunlardan 32-si 2025-ci ildə baş tutub. Ötən il keçirilən festivallarda, ümumilikdə, 421 min 907 nəfər iştirak edib, bunların 38 min 492 nəfəri fermer, 383 min 415 nəfəri isə ziyarətçi olub.

Festivallar çərçivəsində təkcə 2025-ci ildə bölgələrdə rayon icra hakimiyyətləri ilə birgə 19 Məhsul festivalı təşkil olunub.

Aqrar Biznes festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  

15:26
19 Yanvar

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib  

15:20
19 Yanvar

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb  

15:19
19 Yanvar

Ötən il Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:19
19 Yanvar

Neft məhsullarının istehsal dəyəri 14 faizə yaxın artıb  

15:18
19 Yanvar

Azərbaycan ilə Malayziya arasında fövqəladə hallarla bağlı əlaqələrin genişləndirilməsi müzakirə edilib  

15:17
19 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib  

15:16
19 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 24 500 bilet satılıb  

15:15
19 Yanvar

2025-ci ildə Azərbaycanın istehsal etdiyi qızıl 11 faizdən çox artıb  

15:15
19 Yanvar

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb  

15:14
19 Yanvar

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb  

15:13
19 Yanvar

Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 23 milyard kubmetrdən çox qaz nəql olunub  

15:12
19 Yanvar

2025-ci ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 12 faiz artıb  

15:10
19 Yanvar

Ötən ilin yanvar-noyabr ayları ərzində 45 minə yaxın nikah bağlanıb  

15:10
19 Yanvar

Neft-qaz sektorunda 36 milyard manatdan çox ÜDM istehsal olunub  

15:09
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanda 88 mindən çox körpə doğulub  

15:08
19 Yanvar

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:06
19 Yanvar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

15:05
19 Yanvar

Toni Bleyer ABŞ Prezidentinin Qəzza üçün Sülh Şurasından uzaqlaşıb  

15:04
19 Yanvar

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib  

15:03
19 Yanvar

Ekspert: Azərbaycanda süni intellekt ekosisteminin inkişafı üçün əsas maneə “Big Data” bazalarının çatışmazlığıdır  

15:02
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!