Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə "Azərbaycan Sənaye Korporasiyası” ASC arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalama mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin professor-müəllim heyəti və korporasiyanın nümayəndələri iştirak edib.
Rektor Ədalət Muradov bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Bu isə təhsil prosesini real iqtisadiyyatn tələblərinə uyğunlaşdırmağı tələb edir. Rektor bu istiqamətdə UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb, universitetin iş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B və job.unec.edu.az virtual əmək birjasının əhəmiyyətindən danışıb. Universitetin bir çox nüfuzlu şirkət və holdinqlərlə əməkdaşlıq etdiyini deyən Ə.Muradov "ASK” ASC ilə əməkdaşlığın mühüm məqamlarını da diqqətə çatdırıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində UNEC məzunları Azərbaycan Sənaye Korporasiyasının mütəxəssis bazasına daxil ediləcək, UNEC-in 3 tələbəsinə fərdi təqaüdlər təsis olunacaq. Eyni zamanda "ASK” ASC-nin əməkdaşları üçün UNEC-də ixtisasartırma kursları təşkil ediləcək.
"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırkı fəaliyyətindən bəhs edən korporasiyanın baş direktoru Kamran Nəbizadə qeyd edib ki, "ASK” ASC-nin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Korporasiyanın baş direktoru onu da bildirib ki, memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.
Sonda rektor Ədalət Muradov və "ASK” ASC-nin sədri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, UNEC tələbələri "ASK” ASC və onun törəmə müəssisələrində təcrübə keçəcəklər, tələbələrin biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərinə, startap fəaliyyətinə, onların praktiki tətbiqinə dəstək göstəriləcək. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə birgə tədqiqatlar aparılacaq, beynəlxalq təşkilatların və fondların qrant layihələrində birgə iştirak ediləcək, proqramlar həyata keçiriləcək. Eyni zamanda "ASK” ASC-nin mütəxəssisləri tələbələrin bakalavr buraxılış və magistrlik dissertasiyası işlərinə rəhbər, müxtəlif mövzular üzrə mühazirəçi qismində cəlb olunacaq. Memorandumda "dəyirmi masa”ların, konfransların, seminarlarin təşkil edilməsi, "yay məktəbləri”nin təşkili, "ASK” ASC və onun törəmə müəssisələrinin UNEC-in elmi tədqiqat və tədris-metodiki strukturundan istifadəsi, tələbələr arasında müsabiqələrin keçirilməsi, qaliblərin mükafatlandırılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!