AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin siyasi-ideoloji çağırışlarının işığında yeni yaradılmış mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqlarının və dövlətçilik mənafeyinin əks olunduğunu və böyük tarixi əhəmiyyətə malik olduğunu bildirən akademik Ramiz Mehdiyev milli maraqlara cavab verən azərbaycançılıq məfkurəsinin dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət göstərdiyini xüsusi vurğulayıb.
İdeya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyəti və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyən akademik Ramiz Mehdiyev azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. Akademiya rəhbəri bu məfkurənin elmi cəhətdən araşdırılması üçün AMEA-nın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi və ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. Elmi-İdeoloji Mərkəzin qarşısında xalqımızın çoxəsrlik milli dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma, inkişaf proseslərini tədqiq və təbliğ etmək kimi vacib məsələlərin dayandığını bildirib. Akademik müstəqil dövlət ideologiyasının araşdırılmasında akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğu nəzərə çatdırılıb.
Sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Faiq Ələkbərli, tarix elmləri doktoru Eynulla Mədətli və digərləri yeni qurumun elmi-tarixi əhəmiyyətindən ətraflı bəhs edərək azərbaycançılıq konsepsiyasının tarixi köklərinin, elmi-ideoloji əsaslarının öyrənilməsi və təbliği, Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin tədqiqi və ümumiləşdirilməsi, azərbaycançılıq anlayışının elmi-nəzəri şərhi və vəzifələrin müəyyən olunması istiqamətində mülahizələrini və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən "Azərbaycançılıq idealı: ideyadan ideologiyaya” mövzusunda elmi konfransın təşkili, "Azərbaycançılıq: mənşəyi, formalaşma prosesləri və milli dövlətçilik ideologiyasına çevrilməsi” mövzusunda monoqrafiyanın hazırlanması və nəşri, dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilmiş məqalələrin hazırlanıb çap edilməsi, "Azərbaycançılıq: tarixdə və müasir dövrdə” adlı seminarların mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədr müavini AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!