26 Aprel 2024 13:01
105
CƏMİYYƏT
A- A+

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasda Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı diqqətə çatdırıb.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasına və Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin hər il Ali Məclisin yaz sessiyasında əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verdiyini qeyd edib. Daxili Nizamnaməyə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin Sosial siyasət komitəsinə rəy verilməsi üçün təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova layihə barədə məlumat verib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri Yeganə Məmmədova, üzvləri Rizvan Məmmədov, Fərəc Fərəcov, Yazgül Rzayeva, Turan Məmmədli, İsa Məmmədov, Turan Həsənova Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən erkən nikahın qarşısının alınması ilə bağlı dini kəbin kəsilməsinə yol verilməməsi, muxtar respublikanın tarixi abidələrini ziyarət edən turistlərin sayının göstərilməsi, Yaycı kəndində içməli suyun keyfiyyətinin artırılması məqsədilə sutəmizləyici qurğunun quraşdırılması, yol kənarlarında müasirtipli dayanacaqların qoyulması, bəzi yollarda nişanlanma xətlərinin çəkilməməsi, marşrut üzrə hərəkət edən nəqliyyat vasitələrinin müasir və iritutumlu avtomobillərlə əvəz olunması ilə bağlı təklif və suallar ünvanlayıblar. Həmçinin Ali Məclisin plenar iclaslarında su təminatı ilə bağlı qaldırılan məsələlərin bir çoxunun öz həllini tapmaması, səhiyyə müəssisələrində tenderlərin keçirilməsinin zaman alması nəticəsində xəstələrin pulsuz dərman preparatları ilə təminatında çətinliklərin yaranması, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb üçün tikilən binanın yarımçıq qalması, tikilməsi nəzərdə tutulan uşaq bağçasının isə inşasına başlanılmaması, işsizlikdən sığorta ödənişlərinin alınmasında çətinliklərin olması və digər mövzularda öz fikirlərini, irad, qeyd, təklif və suallarını səsləndiriblər.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev və Humanitar siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Musa Məmmədov əhalinin sosial müdafiəsi ilə bağlı qeyd olunan məlumatlarda bəzi sosial göstəricilərin, müqayisəli statistikanın verilməməsini, icbari tibbi sığorta ilə əlaqədar əvvəlki illərlə müqayisənin aparılmamasını, dezinfeksiya, dezinseksiya işlərinin, yoluxucu viruslara qarşı, yeni doğulanlar haqqında, dövlət tərəfindən pulsuz verilən dərman preparatları ilə bağlı, işlə təmin olunma, pensiya təminatı və təqaüdün təyin olunması ilə əlaqədar statistik məlumatların hesabatda öz əksini tapmadığını diqqətə çatdırıblar.

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyat aparılıb.

Müzakirələrin sonunda gündəlikdə duran məsələ ilə əlaqədar Sosial siyasət komitəsinin rəyi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla, Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video