Ağdamda nəyim qaldı...
56 ildir fotojurnalistəm. Bu dünyanın gözəlliklərini, yadda qalan, bəzən kədərli, bəzən də xoşbəxt anlarını fotolentin yaddaşına köçürmüşəm. Həm də təkcə fotolentin yox, bu ecazkar mənzərələri, duyğulu, fərəhli anları, qəlb donduran hadisələri gözlərimlə ürəyimə, qəlb yaddaşıma, beynimə həkk etmişəm...
Ən qürurverici, kədərli anların şahidi, həm də o anı donduraraq tarixin yaddaşına çevirən biri olmuşam...
Çox yerlər gəzmişəm, Vladivostokdan Anqolayacan, Pribaltikadan Orta Asiyayacan...
Amma Azərbaycanın bölgələrindən hazırladığım fotoreportajlar mənim üçün daha doğma olub. Yenə də bölgələrimizdə aparılan abadlıq, quruculuq işlərini sevə-sevə çəkirəm...
Bu günlərdə isə yolumu Ağdamdan salmışdım...
Fotolar çəkirdim, amma çəkdiklərim heç cür ürəyimə yatmırdı...
Axı bu həmin Ağdam deyildi...
Ağdamın Çörək, Tarix Ölkəşünaslıq muzeylərini, tarzən Qurban Pirimovun xatirə muzeyini, Ağdam şəkil qalereyasını çəkmədən necə deyim ki, bura Ağdamdır...
Ağdamda çox olmuşam, amma 1988-89-cu illərdə orada olarkən yaşadıqlarım, hiss etdiklərim heç zaman yaddaşımdan silinmir...
Dağlıq Qarabağ münaqişəsinin ən qızğın zamanları idi və Ağdam əhalisinin necə mətanətlə öz yurdlarının keşiyində durduqlarının şahidi idim. Ağdamlılar deyirdilər ki, nəinki Ağdam, heç Xankəndi də ermənilərə qalmayacaq...
Ağdamın işğalından əvvəl, sonuncu dəfə 1992-ci ildə oldum orada...
İndinin özündə də o mənzərələr gözlərim önündə canlananda az qalır ürəyim partlaya...
Daha Ağdam o Ağdam deyildi...
Məscidində azanının, dağlarında tütəyinin, meşəsində quşlarının cəh-cəhi kəsilmişdi...
Onları Ağdamı xarabazara çevirən bombaların, qradların, alazanların, çovuyan güllələrin səsi əvəz etmişdi...
Ağdamın ağır günlərini çəkmək isə çox əzabverici idi...
Bu gün oxucularla paylaşdığımız şəkillər Ağdamın bəxtəvər, qayğısız, həm də dar günündə çəkdiyim fotolarıdır...
İnanıram, daha doğrusu əminəm ki, o gün gələcək ki, Ağdamı Gülablıdan Şelliyəcən, Kolanıdan Papravəndəcən qarış-qarış çəkəcəm, özü də daha heç vaxt o şəkillərdə qəm, kədər, nisgil öz əksini tapmayacaq...
Ağaəli MƏMMƏDOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!