Ağdaban soyqırımı qurbanları yad edilib
28 il öncə bir gecədə bu ulu yurd, eləcə də Aşıq Şəmşirin külliyyatı erməni vandalları tərəfindən odlara qalanıb
Ağdaban Kəlbəcərin ən strateji yaşayış məntəqələrindən biridir. Dədə Şəmşirin ulu babası tərəfindən salınan bu kənd Ağdərə rayonunun Çapar kəndinin qonşuluğunda yerləşir.
Ermənilər heç kimlə qonşuluq edə bilmədiklərini bu kəndin sakinlərini diri-diri odlara qalamaları ilə bir daha sübut ediblər. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Çapar kəndində yaşayan daşnak tör-töküntüləri Ağdabana qəfil hücum etməklə onu yer üzündən sildilər. Kəlbəcər ilk şəhidlərini məhz orada verdi. Bu dəhşətli hadisə tarixə “İkinci Xocalı” kimi yazıldı. Ağdaban ikinci dəfə 26 mart 1993-cü ildə ermənilər tərəfindən işğala məruz qaldı...
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə bu günlərdə Ağdaban soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. O bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar yaşayış məntəqəsindən Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarca insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, bədən üzvləri kəsilib-doğranmışdır: “...Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişdilər. Qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı Ağdabanlı Qurbanın və onun oğlu, XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir...”
O da diqqətə çatdırılıb ki, həmin gecə 32 nəfər kənd sakini (onlardan 15-i Aşıq Şəmşirin nəslinə məxsusdur) faciənin qurbanlarına çevrilib. Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyeva, Milli Məclisin deputatı Aqil Məmmədov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı çıxış ediblər.
Ağdaban hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini qeyd edən tədbir iştirakçıları 29 ildən sonra soyqırımı qurbanlarının xatirəsini qalib xalq olaraq yad etdiyimizi vurğulayıblar. Qeyd edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 günlük Vətən müharibəsindəki zəfərimizlə 30 ilə yaxın davam edən işğala, nəhayət ki, son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu şanlı Qələbəmiz, eyni zamanda Ağdaban soyqırımını törədən canilərin də üzərində tarixi zəfərdir.
Tədbir çərçivəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyevanın “Müqəddəs ocağın yadigarları” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifi, professor Jalə Əliyeva bildirib ki, uzun müddət üzərində çalışdığı “Müqəddəs ocağın yadigarları” monoqrafiyasının təqdimat mərasiminin məhz Kəlbəcərin, eləcə də bütün torpaqlarımızın azadlığı şəraitində keçirilməsi böyük qürur hissi yaradır. O, bu sahədə tədqiqatlarını davam etdirəcəyini vurğulayıb və həmin əsərlərdən birinin təqdimatının məhz Kəlbəcərdə keçiriləcəyinə inamını ifadə edib.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!