ABŞ tənəzzüldədir
Birləşmiş Ştatlarda gənclər arasında psixi problemlərin nisbəti fəlakətli dərəcədə artıb
ABŞ tənəzzülə uğrayıb. Amerikalıların yalnız 33 faizi ölkənin dünyadakı mövqeyindən razıdır. "Newsweek" nəşri yazır ki, analitiklər hökumətin uğursuzluqlarından, səriştəsiz xarici siyasətindən və gənclər arasında psixi problemlərin fəlakətli miqyasından danışırlar. Bu cür əhvali-ruhiyyəni başa düşmək çətin deyil: yaşlı və son dərəcə qeyri-populyar Donald Tramp və Co Bayden yenidən Ağ Evin sahibi postu uğrunda mübarizə aparırlar.
"Gallup" analitik və məsləhət şirkətinin yeni sorğusu göstərir ki, amerikalıların yalnız üçdə-biri ölkənin dünyadakı hazırkı mövqeyindən razılıq bildirir. 2000-ci ildə bu rəqəm 65 faiz idi. XXI əsrdə Amerika hökumətin çoxsaylı uğursuzluqları, getdikcə zəifləyən siyasət və gənclər arasında psixi problemlərin fəlakətli səviyyəsi də daxil olmaqla, hər yeni addımla daha da tənəzzülə doğru gedir.
Ümumi vektor vəziyyətin yaxşılaşdığını yox, pisləşdiyini göstərir. Qəbiləçilik dünyagörüşü güclənir, sosial media insan şüurunu manipulyasiya etməkdə daha ağıllı olur və hökumətin uğursuzluqları ilə birlikdə siyasi sistemdəki qüsurların sayı da artır.
Yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı resept sadə görünür. Məktəb təhsilini yüksəltməli, digər siyasi qruplardan olan insanlarla daha çox vaxt keçirməli, sosial mediadan istifadəni azaltmalı və tənzimləməli, siyasi partiyaların sayını artırmaq və bərabər təmsilçiliyi təmin etmək üçün siyasi struktura yenidən baxılmalı, söz azadlığı məsələlərində səyləri ikiqat artırmalı, seçkilərin şəffaf və ədalətli keçirilməsinə çalışmalı və s.
Ancaq praktikada bu məqsədlərə çatmaq qeyri-mümkün olub.
XXI əsrdə ölkənin süqutunu dayandırmaq cəhdlərini çətinləşdirəcək iki böyük və üst-üstə düşən qlobal tendensiya var. Birincisi, texnologiya daha da təkmilləşir, özü də yüksək sürətlə. Bunun isə çox böyük müsbət potensialı var: internet təhsili demokratikləşdirir, yayımdakı yeniliklər mədəni və əyləncə proqramlarını zənginləşdirir, özü idarə olunan avtomobillər kimi yeni məhsullar nəqliyyatda inqilab edir, yüksək keyfiyyətli tədqiqatlar tibbi inkişafı irəlilədir və innovativ texnologiyalar ilk növbədə qida və geyimin rasional paylanmasına kömək edir.
Ancaq bunların mənfi tərəfi də var və bu, insanları narahat etməyə bilməz. Dipfeyk texnologiyaları internetdən istifadə ilə bağlı vəziyyəti gərginləşdirir, səmərəsiz kibertəhlükəsizlik şəxsi məlumatların təhlükəsizliyini və kompüterləşdirilmiş sistemlər üzərində nəzarəti sabotaj edir, populyar tətbiqlər, məsələn TikTok, rəqib hökumətlərə amerikalıların şəxsi məlumatlarına nəzarət etmək imkanı verir, süni intellekt aşkar olmayan və tədqiq edilməmiş üsullarla bəşəriyyəti təhdid edir, sənaye innovasiyaları ətraf mühiti məhv edir və hərbi ixtiralar silahlı münaqişələrlə mübarizə üsulunu kökündən dəyişdirir.
İkincisi, beynəlxalq münasibətlərin mənzərəsi də getdikcə mürəkkəbləşir. Amerikaya qlobal hegemonluğa nail olmaq üçün tam 200 il, onu itirmək üçün isə cəmi 20 il lazım olub.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ABŞ-nin keçmiş müdafiə naziri Robert Qeyts 2023-cü ilin sentyabrında yazdığı məqalədə qeyd edirdi ki, Amerika üçün geosiyasi təhdidlər çoxalır: "Birləşmiş Ştatlar son dərəcə təhlükəli vəziyyətdədir. Ölkə onilliklər ərzində, bəlkə də tarix boyu olmadığı qədər ciddi təhdidlərlə üzləşir. İlk dəfədir ki, dövlət eyni vaxtda dörd rəqiblə qarşılaşır - Rusiya, Çin, Şimali Koreya və İran. Onların kollektiv nüvə arsenalı bir neçə il ərzində ABŞ-dən iki dəfə çox ola bilər. Koreya müharibəsindən bəri ABŞ eyni vaxtda Avropa və Asiyada güclü hərbi rəqiblərlə üz-üzə olmayıb".
ABŞ ordusunun üstünlüyünü və birliyini nəzərə alsaq, növbəti vətəndaş müharibəsi ehtimalı azdır. Amerikanın problemlərindən doğan ən pis ssenari daxili səhlənkarlıq deyil, xarici siyasətdə səhv addımlardır.
Bu dinamika bəşəriyyətin üstündən asılmış bir həqiqəti ortaya qoyur: dünyanın aparıcı demokratiyası və ən güclü ölkəsi məhz dünyanın problemlərinin artdığı, onun rasional rəhbərliyinə ehtiyacın həmişəkindən daha kəskin və aktual olduğu bir vaxtda tənəzzülə doğru sürüklənir.
Rizvan HİLALOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
04 May
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatla...
04 May
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasın...
04 May
Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
04 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təs...
04 May
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abi...
04 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə t...
04 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
04 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
04 May
Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!