20 Aprel 2024 09:25
231
DÜNYA
A- A+

970 milyon seçicisi olan ölkə

 

Hindistanda keçiriləcək parlament seçkiləri dünyada ən böyük səsvermə kampaniyası olacaq

 

Dünən Hindistanda parlament seçkiləri başlayıb. Bu, demək olar ki, 970 milyon seçicinin iştirak etdiyi dünyada ən böyük səsvermədir. 
Parlamentin aşağı palatasının (Lok Sabha) 500-ə yaxın üzvünün seçilməsi üçün yeddi mərhələdə keçirilən və iyunun 1-dək altı həftə davam edəcək seçkilər zamanı bir milyondan çox  məntəqə açıq olacaq. Seçkilərdə elektron səsvermə maşınlarından istifadə olunur. 
Böyük ölkənin ucqar bölgələrində yaşayan insanların iştirakını təmin etmək üçün bəzi seçki komssiyalarının üzvləri məntəqələrə piyada, helikopterlə və ya qayıqla gedirlər, bəzi hallarda isə səsvermə aparatları atların və ya fillərin belində aparılır.
Hindistanın hazırkı baş naziri Narendra Modi əhalinin sayına görə dünyanın ən böyük ölkəsində keçirilən seçkilərdə favorit hesab olunur.  Rəy sorğuları baş nazir Narendra Modinin hind millətçi Bharatiya Janata Partiyasının (BJP) qələbə qazanacağını proqnozlaşdırır. Bu, baş verərsə,  10 il ərzində hökumətə rəhbərlik edən 73 yaşlı Modi üçüncü beşillik müddətə yenidən baş nazir seçiləcək.
Hazırkı baş nazirin əsas rəqibi Hindistanı 1947-ci ildə Britaniyadan müstəqillik əldə edərək 2014-cü il seçkilərində Modinin Bharatiya Janata Partiyasına  məğlub olana qədər idarə edən Hindistan Milli Konqresinin lideri Rahul Qandi hesab olunur.
Müxalifət isə Narendra Modini hakimiyyəti mərkəzləşdirməkdə, məhkəmə və media kimi dövlət və ictimai institutların müstəqilliyinə xələl gətirməkdə və öz ətrafında şəxsiyyətə pərəstiş yaratmaqda ittiham edir. 
Qeyd edək ki, Hindistanda seçkilərdən az əvvəl bir neçə müxalifət lideri müxtəlif maddələrlə, məsələn  korrupsiya ittihamı ilə həbs olunub. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video