2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 294 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 30/343
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 48 saylı Yevlax seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıbəyli Rüfət İbrahim oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 24/74 saylı qərarını mübahisələndirmiş və onun ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd R.İ.Hacıbəyli müraciətində iddia edir ki, 48 saylı Yevlax seçki dairəsi üzrə səsvermə günü seçici aktivliyi aşağı olsa da, seçki qutularına namizədlərdən birinin xeyrinə əlavə bülletenlərin atılması və qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə artırılmış, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, bəzi məntəqə seçki komissiyaları saydıqları bülletenləri uca səslə müşahidəçilərə elan etməmişdir. Seçki dairəsinin məntəqələri üzrə spesifik pozuntulardan bəhs edəndə isə yalnız 3 və 13 saylı seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularını - 3 saylı məntəqədə qeydiyyatda olmayan insanların məntəqələrdə bir neçə dəfə səs verdiyini, "Yaşıllaşdırma” idarəsi işçilərinin də bu prosesdə iştirak etdiyini, 13 saylı məntəqədə isə saat 19:20 olsa da, səslərin sayılmağa başlanmadığını, səslər sayılmağa başlananda isə qeyri-müəyyən şərait yaradılması yolu ilə bülletenlərin dəyişdirildiyini iddia edərək 48 saylı Yevlax seçki dairəsində nəticələrin ləğv olunmasını tələb etmişdir.
Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.
Namizəd R.İ.Hacıbəyli müraciətini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 48 saylı Yevlax seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.
48 saylı Yevlax seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, 3 və 13 saylı seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd R.İ.Hacıbəylinin müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir.
Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar yalnız 6 saylı seçki məntəqəsində müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməli və həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir. Onu da qeyd edək ki, seçki dairəsi üzrə namizədin maraqlarını təmsil edən hər hansı seçki subyekti qeydiyyatdan keçməmişdir.
Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyaları üzvlərindən, müxtəlif maraqları təmsil edən müşahidəçilərdən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd R.İ.Hacıbəylinin müraciətdə iddia etdiyi qanun pozuntuları öz təsdiqini tapmamış və bu səbəbdən dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və dairə seçki komissiyası qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv olunması üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 48 saylı Yevlax seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıbəyli Rüfət İbrahim oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 294 saylı müraciəti qismən təmin edilsin, 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 24/74 saylı qərarı 6 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.02.2020
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!