2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 16/90
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il fevralın 5-də elan edərək, seçkilərin 2018-ci il aprelin 11-nə təyin olunmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada keçirilməsinin təmin edilməsini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına həvalə etmişdir.
Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsinə uyğun olaraq seçkiləri 2018-ci il aprelin 11-nə təyin etmişdir. Bununla yanaşı, cari ilin əvvəlindən başlayaraq respublika üzrə daimi seçicilər siyahısının Seçki Məcəlləsinin 207-ci maddəsinin tələbi nəzərə alınmaqla tərtib edilməsi, dəqiqləşdirilməsi və ictimailəşdirilməsinə birbaşa rəhbərlik edən Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar bütün tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada vaxtında və keyfiyyətlə həyata keçirmişdir.
Aidiyyəti qurumların iştirakı da təmin edilməklə maddi-texniki bazası möhkəmləndirilmiş aşağı seçki komissiyaları üzvləri üçün geniş maarifləndirmə proqramları təşkil edilmiş, seçicilər və digər çoxsaylı seçki subyektləri bu məqsədlə müxtəlif proqramlara cəlb edilmişlər.
Seçkilərə start verildikdən sonra qeydə alınmış 8 nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün, internet resursları və sosial şəbəkələr də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar və istisnasız bərabər şərait yaradılmış, seçkiqabağı təşviqat subyektləri yaradılmış imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə etmişlər.
İşğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün coğrafiyasını əhatə edən 20%-dək məntəqələrdə quraşdırılmış (1000 seçki məntəqəsində) veb-kameralar vasitəsilə səsvermə prosesini əvvəldən axıra kimi heç bir məhdudiyyət olmadan online izləmə imkanları təmin olunmuşdur. Seçkilərdə iştirak edən namizəd və siyasi partiyalar, habelə səsverməni izləyən 59 000-ə yaxın yerli müşahidəçinin, 59 ölkəni, 61 nüfuzlu beynəlxalq qurumu təmsil edən 894 müşahidəçinin, habelə 51 nüfuzlu beynəlxalq KİV-i təmsil edən 118 nəfər jurnalistin daxil olduğu on minlərlə müşahidəçi ordusu ümumilikdə seçki mühitini azad, ədalətli, sivil və müasir tələblərə cavab verən səviyyədə qiymətləndirmişdir.
Seçicilərin yüksək fəallıq nümayiş etdirdiyi səsvermə günü və seçki prosesində hər hansı qanun pozuntusu ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmamış, seçkilər ümumən azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək elə həmin gün ictimaiyyətə çatdırılmışdır.
Seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş bütün müvafiq sənədlər aşağı seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına vaxtında təqdim edilmiş, dairə seçki komissiyalarının hamısının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər obyektiv və hərtərəfli araşdırılmışdır. Bu zaman səsvermə günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntüləri, internet resursları, habelə sosial şəbəkələrdə yayılmış məlumatlar da nəzərdən keçirilərək seçkilərin qanunvericiliyə uyğun keçirilməsinə və mövcud beynəlxalq standartlara cavab verməsinə xələl gətirə biləcək ən kiçik məqamlar belə araşdırılmışdır. Nəticədə 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının, habelə 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının tam tərkibdə buraxılması üçün əsaslar müəyyən edilmişdir.
Ona görə də qeyd edilənlərlə bağlı müvafiq tədbirlər görülərək dairə seçki komissiyaları protokollarındakı məlumatlar ümumiləşdirilməklə seçkilərin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir. Bununla yanaşı, protokol təsdiq edilərək seçkilərə yekun vurulmalı, imzalandıqdan sonra dərc edilmə tələbinə də əməl edilməklə müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə prezident seçkilərinə yekun vurur və seçkilərin nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.
Seçki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən, prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 203.1-ci və 203.5-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasına imkan verməyən qanun pozuntuları aşkar edildiyindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqə seçki komissiyaları tam tərkibdə buraxılsın.
3. Yuxarıdakılar nəzərə alınmaqla seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.
4. Seçkilərin nəticələrinə dair protokol təsdiq edilməklə seçkilərə yekun vurulsun.
5. Protokol müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
6. Protokol imzalandıqdan sonra 24 saat ərzində dərc edilsin (Əlavə edilir).
7. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.04.2018
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!