19 Yanvar 2026 10:13
176
SİYASƏT
A- A+
20 Yanvar faciəsi ilə bağlı ilk etiraz səsini ucaldan Ulu Öndər Heydər Əliyev oldu  

20 Yanvar faciəsi ilə bağlı ilk etiraz səsini ucaldan Ulu Öndər Heydər Əliyev oldu  


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 1987-ci ildən Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, o vaxtkı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xalqımızın əsəblərini tarıma çəkmişdi. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq niyyətində deyildi, əksinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət ssenarisi hazırlanırdı. Belə ki, öz müstəqilliyi uğrunda ayağa qalxan xalqımız SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusunun zorakılığı ilə üzləşdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya, Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan, müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdi. Məqsəd xalqın azadlıq və müstəqillik arzularını boğmaq idi.

Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhaliyə məqsədli şəkildə məlumat verilməmişdi. Bakı şəhərinin komendantı fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı kütləvi insan qırğını törədildikdən sonra açıqladı. Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt başda olmaqla uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Mərkəzi hakimiyyət informasiya blokadasından istifadə edərək əsl həqiqəti ört-basdır etməyə çalışdı. Lakin buna nail ola bilmədi. Belə ki, faciənin ertəsi günü – yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi, bu ədalətsizliyə qarşı öz səsini ucaltdı.

Məhz Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.

Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi. 1990-cı il noyabrında isə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. 

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr, o cümlədən AXC–Müsavat cütlüyü faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir”.

Cənab Prezident İlham Əliyev Qanlı Yanvar faciəsini xalqımıza qarşı böyük cinayət adlandırıb. Təsadüfi deyil ki, 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində əbədiləşdirilib və Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

36 il əvvəl baş verən 20 Yanvar faciəsi müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunub. Belə ki, bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

Məhz 20 Yanvar faciəsi nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. İmperiyanın əsl mahiyyəti açıq şəkildə üzə çıxdı. Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan xalqı öz taleyinin sahibinə çevrildi.

30 ilə yaxın davam edən işğala isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son qoyuldu. 2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə isə dövlət suverenliyimizin bərpası ilə Azərbaycan xalqı növbəti dəfə tarix yazdı. Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı. Artıq bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO VİDEO 

12:26
19 Yanvar

Xankəndi, Xocalı və Ağdərə ağ örpəyə bürünüb: Kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır 

12:17
19 Yanvar

Akkan Suver: 20 Yanvar bütün bəşəriyyət üçün insanlıq dramıdır  

12:01
19 Yanvar

Ötən il pensiya ödənişlərinə 7 milyard 111 milyon manat vəsait yönəldilib  

11:53
19 Yanvar

Ötən il vəkillərin ümumi sayı artaraq 2836 nəfərə çatıb  

11:48
19 Yanvar

Pakistanda 5,9 bal gücündə zəlzələ olub  

11:39
19 Yanvar

Türk ekspert: "ASAN xidmət” modeli Azərbaycanın xarici siyasətində mühüm yumşaq güc vasitəsidir  

11:34
19 Yanvar

“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb  

11:28
19 Yanvar

Tramp Tokayevi və Qazaxıstanı Sülh Şurasına dəvət edib  

11:25
19 Yanvar

Dünya bazarında qızıl 80 dollaradək bahalaşıb  

11:24
19 Yanvar

Ötən il ölkədə olan sənaye məhsulu istehsalı açıqlanıb  

11:16
19 Yanvar

Son iki gündə 89 cinayətin açılması təmin edilib  

11:06
19 Yanvar

Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb

11:03
19 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
19 Yanvar

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərdi  

10:47
19 Yanvar

Pakistanda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb

10:33
19 Yanvar

Ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb  

10:26
19 Yanvar

20 Yanvar faciəsi ilə bağlı ilk etiraz səsini ucaldan Ulu Öndər Heydər Əliyev oldu  

10:13
19 Yanvar

Çin əhalisi ötən il 3,39 milyon nəfər azalıb  

09:31
19 Yanvar

Almaniya ABŞ hərbi bazalarının icarə haqqını artıra bilər  

09:30
19 Yanvar

İspaniyada qatar qəzasında ölənlərin sayı 21-ə çatıb  

09:29
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!