“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1467-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1467-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1028; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 376; 2018, № 9, maddə 1834) ilə təsdiq edilmiş "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
"2.2-1. Doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər.”;
3.2. 2.3-cü və 2.7-ci bəndlərə "qanuni nümayəndədən” sözlərindən sonra "(bu Əsasnamənin 2.2-1-ci bəndində nəzərdə tutulmuş halda onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən)” sözləri əlavə edilsin;
3.3. 2.4.6-cı yarımbəndə "və ya qəyyumu” sözlərindən sonra ", yaxud qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri əlavə edilsin;
3.4. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"2.9. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, bu əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı verilir (kartın verilməsinə görə bu Əsasnamənin 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu qeydiyyat şöbəsinə daxil olduğu andan hesablanır).”;
3.5. 2.17.8-ci yarımbəndə "məlumatlar” sözündən sonra (tibb müəssisəsi, immunlaşdırma və digər tibbi məlumatlar) sözləri əlavə edilsin;
3.6. 2.23-cü bənd üzrə:
3.6.1. "hüquqi şəxslər” sözlərindən sonra "(tibb müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin;
3.6.2. "2.17.8-ci” sözləri "2.17.7-ci” sözləri ilə əvəz edilsin;
3.6.3. "2.17.2” rəqəmlərindən sonra ", 2.17.8” rəqəmləri əlavə edilsin;
3.7. aşağıdakı məzmunda 2.23-1-ci bənd əlavə edilsin:
"2.23-1. Tibb müəssisələri üçün bu əsasnamənin 2.17.1, 2.17.3 - 2.17.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, 2.17.2 və 2.17.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu isə bağlıdır.”;
3.8. həmin əsasnaməyə Əlavə - "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına fərdi identifikasiya kartının verilməsi (dəyişdirilməsi) haqqında Ərizə-Anket” üzrə:
3.8.1. 1-ci hissənin birinci abzasına "qanuni nümayəndəsi” sözlərindən sonra "(onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs)” sözləri əlavə edilsin;
3.8.2. 2.1-ci bəndə "qanuni nümayəndəsinin” sözlərindən sonra "(onun notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin)” sözləri əlavə edilsin;
3.8.3. 2.2.9-cu yarımbəndə "və ya qəyyumu” sözlərindən sonra ", yaxud qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2019-cu il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!