09 İyul 2026 12:37
252
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizi qlobal ticarətin həcmini artırmaqla Türkiyə və Azərbaycanın regionlarının iqtisadi inkişafına böyük təkan verəcək 

Zəngəzur dəhlizi qlobal ticarətin həcmini artırmaqla Türkiyə və Azərbaycanın regionlarının iqtisadi inkişafına böyük təkan verəcək 


Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizi qlobal ticarətin həcmini artırmaqla yanaşı, Türkiyə və Azərbaycanın regionlarının iqtisadi inkişafına da böyük təkan verəcək. Dəhlizin Naxçıvan ilə Türkiyəni birləşdirən hissəsi regional ticarətin, iqtisadi əlaqələrin və turizmin inkişafına dəstək olacaq. Naxçıvanın Türkiyə üzərindən Avropaya çıxışını təmin edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “365 gün” media qrupunun rəhbəri Yakub Aslan deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ideyası uzaqgörən geosiyasi addımdır. Bu dəhliz yalnız 2 ölkənin deyil, ümumilikdə region dövlətlərinin nəqliyyat əlaqəsinin genişlənməsinə xidmət edir. Bu da öz növbəsində həmin ölkələrin iqtisadi-ticarət əlaqələrinin artmasına, iqtisadi inkişafına əhəmiyyətli töhfə verir: “Qars-İğdır-Aralık-Dilucu-Naxçıvan dəmir yolu xətti 224 kilometrdir və qlobal strateji dəyəri olan layihədir. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıblar. Ötən il isə layihənin tikintisinə başlanıb. Bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımağa imkan yaradacaq. Regiondakı sülh prosesini daha da irəli apararaq sabitliyin dayanıqlı olmasına şərait yaradacaq”.

Ekspert deyib ki, gələcəkdə tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu-Naxçıvan dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə töhfə verəcək. Bu nəqliyyat layihəsi sadəcə ölkənin infrastrukturuna qoyulan investisiya deyil, istehsalı, ixracı, məşğulluğu, turizmi, regional inkişafı və beynəlxalq əməkdaşlığı təşviq edən strateji xarakter daşıyan layihədir. Türkiyənin 2002-ci ildə dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 11 min kilometr idi, bu gün isə söhbət 14 min kilometrdən gedir. Türkiyə dəmir yolu şəbəkəsini 2028-ci ilə qədər 17 min 287 kilometrə, 2053-cü ilə qədər isə 28 min 590 kilometrə çatdırmağı planlaşdırır”.

“Bu dəmir yolu qlobal dəhlizin bir hissəsi olmaqla bərabər Naxçıvan ilə Türkiyənin Qars, Ərdəhan, Ərzurum, İğdır vilayətlərini birləşdirərək turist səfərlərinin artmasına, biznes qurumlarının qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə imkan yaradacaq. Nəticə etibarilə iki ölkə arasındakı iqtisadi əlaqələr regionlara sirayət edərək əhalinin sosial vəziyyətinin daha yaxşılaşmasına xidmət edəcək. Qars-İğdır-Aralıq-Dilucu-Naxçıvan dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq”, - deyə ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

Azərbaycan Universitetinin tədris proqramlarına yeni fənlər daxil edilib

16:50
09 İyul

Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub

16:48
09 İyul

“Deepfake” və süni intellektəsaslı dezinformasiya hibrid təhdid arsenalının tərkib hissəsidir

16:45
09 İyul

Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır

16:42
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!