30 Mart 2023 01:18
1979
SİYASƏT
A- A+
Zəfərin yaratdığı yeni idarəetmə modeli

Zəfərin yaratdığı yeni idarəetmə modeli

 

İlham Əliyevin müasir idarəçiliyə xidmət edən siyasi islahatları ölkənin hərtərəfli tərəqqisinin təminatçısıdır

 

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər regionda yeni reallıqların formalaşması ilə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən idarəetmə sistemində də mühüm dəyişikliklərin tətbiqinə real zəmin yaratmışdır. 
Qlobalmiqyaslı təşəbbüsləri, mütərəqqi siyasi-iqtisadi islahatları, sosial layihələri ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev yaranmış yeni reallıqlar fonunda müasir idarəetmə modelini dəyərləndirərək ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının zamanın tələblərinə uyğun hərtərəfli tərəqqisi naminə modern siyasi islahatların təməlini formalaşdırdı. 
Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev müvafiq məsələyə toxunaraq vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma, eyni zamanda yeni idarəetmə mexanizmi bütün ölkəni əhatə edəcək: "İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik".
Ümumiyyətlə, İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu deyən İlham Əliyev bu prosesləri dəyərləndirərkən vurğulayırdı  ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib. Əlbəttə ki, Azərbaycanda da gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində yeniliklər, həmçinin kadr islahatları dövlətin siyasətini və niyyətini göstərir.
Yeni idarəetmə modeli də Azərbaycan Prezidentinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Belə ki, İlham Əliyev işğaldan azad edilmiş rayonlara xüsusi nümayəndələrini təyin edir və həmin şəxsləri qəbul edərək tapşırıqlarını, göstərişlərini verir. 
Bir müddət sonra isə verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün həmin rayonlara səfər edib mövcud vəziyyətlə yerində tanış olur. Ona görə də deyə bilərik ki, Prezidentin rayonlara təyin etdiyi xüsusi nümayəndələrlə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi ölkənin hərtərəfli inkişafında əsas rol oynayan bölgələrin tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir.
Martın 28-də İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsi Məsim Məmmədova tapşırıq və göstərişlərini verməsi və eyni zamanda yeni idarəetmə modelinin tətbiqini  dəyərləndirməsi də deyilənlərin əyani təzahürüdür. Prezident bildirdi ki, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi işğaldan azad edilmiş əksər rayonlarda (hələlik Kəlbəcər rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərirlər. 
Prezident həmçinin yeni idarəetmə modelinin tətbiqi məsələsinə də toxunaraq vurğuladı ki, artıq hər bir sahədə yeni idarəetmə üsulu tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: "Yəni bu həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir". 
Prezidentin verdiyi tapşırıqarın uğurlu icrası, işğladan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri də göstərir ki, xüsusi nümayəndəlik modeli indiki gerçəklikdə uğurlu üsuldur. Bütün bunlar isə İlham Əliyevin islahatlarının mükəmməlliyinin göstəricisidir desək, yanılmarıq. Çünki idarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir. Azərbaycan Prezidentinin mütərəqqi islahatları ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.
Hazırda azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqi isə işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Prezidentin söylədiyi kimi, yeni model gələcəkdə təkcə azad edilmiş ərazilərin yox, ölkəmizin hərtərəfli inkişafına mühüm töhfəsini verəcək. 
Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən və bu istiqamətdə düşünülmüş addımlar atan İlham Əliyev, əlbəttə ki, bu qərarları verərkən ilk növbədə xalqın və dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. Bütün islahatlar, yeniliklər Azərbaycanın daha da qüdrətlənməsini şərtləndirir.
Bütün bunları həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar görürlər. Ona görə də hazırlanan hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının "Doing Business" hesabatında da Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri kimi qeyd edilməsi, aparılan rəy sorğularında əhalinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi - islahatların rəhbərini dəstəkləməsi söylənilənlərin real təsdiqidir. 
Bir sözlə, ən islahatçı Prezidentin verdiyi qərarlar Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir. İslahatlara şahidlik edən ölkə ictimaiyyəti də dövlət idarəetmə sistemində həyata keçirilən yenilikləri təqdirəlayiq hal kimi qiymətləndirir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

15:49
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!