Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
31 ildən sonra doğma kəndlərinə dönən sakinlər Prezidentə minnətdardırlar
Günəş səhər şəfəqlərini dağların yamacına səpib asta-asta Zabuxu nura qərq edirdi. Sıra ilə düzülən evlər sanki yerinə, yurduna dönüb yenicə məskən salan durna qatarına bənzəyirdi. Üstü qırmızı kirəmitlə örtülmüş, yaraşıqlı ağ binalar qara günlərini arxada qoyan Zabuxun ağ günündən soraq verirdi…
Ətrafdan səhərin sakitliyini erkən durub işə tələsən, həyətlərində göy-göyərti əkən, təsərrüfat işləri ilə məşğul olan, səliqə-sahman yaradan zabuxluların şən, şux səsləri pozurdu…
Səhərin yeni açılmasına baxmayaraq, küçələrdə velisoped, skuter sürən dəcəl uşaqlar görünməyə başlayır. Kənddə salınmış istirahət parkından gənclərin gülüşü eşidilir…
Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev bildirir ki, Zabux demək olar, hər gün yeni sakinlərini qəbul edir. 121 ailə - 476 nəfər dogma yurduna qayıdıb. Kənddə sakinlərin qayğısız yaşamaları üçün hər cür şərait var. Qaz, işıq, su problemi yoxdur. Göründüyü kimi, geniş və yaraşıqlı yollara asfalt döşənib, yeni xəstəxana binası, məktəb tikilib. Sakinlərin istirahəti üçün çox gözəl park-istirahət mərkəzi yaradılıb. Səhərin təzəcə açılmasına baxmayaraq, küçələr, park kəndimizə yeni dönən sakinlərlə doludur. İllərdir dogma yerlərin həsrətini çəkən insanlar yaranan bu gözəlliyin dadını çıxarmaq üçün az qala gecə-gündüz istirahət parkından, küçələrdən çəkilmək istəmirlər.
Qarşımıza çıxan gülərüz bir kişi mehribanlıqla bizi salamlayıb üzünü Elsevər Əliyevə tutaraq deyir:
- Ay yerli hökumət, axşamdan kəndə jurnalistlərin gəldiyi xəbərini almışam. Əgər qonaqlar həmin o deyilən jurnalistlərdirsə, icazə ver evimə dəvət edim. Səhər- səhər bir stəkan çayımı içsinlər, ürəyim doludur, mən də ürəyimi boşaldım. Səhər çayını Cavan kişinin evində içməkdən başqa çarəmizin qalmadığını görüb razılaşırıq.
Zabuxa ilk qayıdanlardan biri də Cavan Məmmədovdur. Evində qələbəlik idi. Bakıdan qızları qonaq gəlmişdi. Necə deyərlər, kefi göylə gedirdi. Cavan Məmmədov deyir ki, sizinlə açıq danışacağam. Dövlətimiz mənə həyatımda görmədiyim, ağlıma gətirmədiyim gözəllikdə ev verib. Zabuxdan 7 nəfər ailə üzvümlə çıxmışdım. Novxanıda dəniz kənarında, pioner düşərgəsində məskunlaşmışdıq. Bənnalıq edir, özümüzü çətinliklə dolandırırdıq…
Laçın işğal olunmamışdan da bizim kənddə heç kimin belə gözəl evi yox idi. İllərlə işləsəydim, qazansaydım bu cür ev tikib yarada bilməzdim. Amma dövlətimiz məni də, oğlumu da ev sahibi etdi. Yaxın zamanlarda qızım Arzu ilə Nurayın ailəsinə də Laçında ev verəcəklər.
Avqustun 26-da ilk dəfə Zabuxa gələndə kəndimizi tanımadım. Dağlar həmin dağlar olsa da, evlər, küçələr, səliqə-sahman tamam başqa idi. Dedim, vallah, mən dəli olmuşam. Düşünürdüm ki, yəqin ağlımı qaçırmışam, yaxud məni qara basır. Yox, bu həqiqətmiş. Bura bizim kəndimiz, bu evlərsə biz zabuxlular üçün tikilmiş evlər idi. Mən bizə bu gözəlliyi verən, bu xoşbəxtliyi yaşadan Prezidentimizə minnətdaram. Bundan sonra ölsəm də, xoşbəxt öləcəyəm. Evi, şəraiti olan kişi kimi öləcəyəm.
Zabuxda olarkən kənd orta məktəbinin direktoru Mübariz Rüstəmovun da qonağı olduq. Mübariz müəllim deyir ki, Zabux və zabuxlular həyatlarının ən gözəl günlərini yaşayırlar. Bütün evlərdən sevinc, xoşbəxtlik, gələcəyə olan inam, yaratmaq-qurmaq həvəsli insanların səsi gəlir. Zabuxlular görmədikləri şəraiti, gözəlliyi görürlər. İndi heç vaxt xəyal belə etmədiyimiz gözəlliyi gerçək həyatımızda yaşayırıq.
Məktəbimizi, onun həyətindəki stadionu, istirahət parkını görsəniz, dövlətimizin bizə yaşatdığı sizi də təəccübləndirər. Orta məktəbimizin yeni binasını universitet binasından fərqləndirmək olmur. Şəraiti də gözəldir…
Məktəb direktoru Zabuxda bu gözəlliyi yaradan Prezidentə minnətdarlığını bildirir. Deyir ki, Zabux indi bir gözəllik diyarı, xoşbəxt insanların qayğısız yaşadıqları məkan olub. Zabuxu ilk dəfə görən bir Avropa şəhərində olduğunu zənn edər. Biz bu gözəlliyi yalnız televizorda, xarici ölkələrdə görmüşdük. İndi isə belə bir gözəllikdə yaşamaq özümüzə qismət olub. Bu gözəlliyi bizə bəxş edən Prezidentimizə min alqış!
Mübariz müəllimin nəvəsi - qızı Ayselin oğlu Nadir də babası ilə birlikdə yaşayır. Dilli-dilavər, gələcəyi görən, istedadlı bir uşaqdır. Nadir deyir ki, babam həmişə mənə Zabuxun gözəlliyindən danışırdı. Bu diyarın gözəlliyi mənə reallıqdan çox möcüzəni xatırladır. Elə bilirəm ki, nağıllar aləmindəyəm.
Görünən o dağın zirvəsində sərhədçilərimiz durur, bizi qoruyurlar. Böyüyüb mən də sərhədçi olacağam. Vətənimin keşiyində duracağam. Xoşbəxtəm ki, Prezidentimiz Zabuxda olanda onunla görüşə bildim. Prezidentimizə söz verdim ki, böyüyəndə onun xilas etdiyi Zabuxu özüm qoruyacağam.
Zabuxun "yeni" sakini Namiq Abbasov köhnə günləri göz yaşı ilə xatırlayır: "Zabuxu tərk edəndə 13 yaşım var idi. Erməni təyyarələri başımıza od ələyirdi. Kəndin kənarında yanacaq anbarı var idi. Çalışırdılar ki, oranı vursunlar. Rəhmətlik atam, qardaşım və mən birtəhər kənddən çıxa bildik. Başımız müsibətlər çəkib. Bərdəyə sığınmışdıq. Oradan bizi Qax rayonuna apardılar. Sonra yenidən Bərdəyə qaytarmalı oldular… Bərdədən də Bakıya Xəzər rayonunun Buzovna qəsəbəsinə "Gilavar" düşərgəsinə getdik. Sanki qarğışa düşmüşdük. Çox şükür, indi canımız rahat olub. Zabuxda, öz evimizdəyik. Oğlum Ömər Laçın Rayon Yaşıllaşdırma və Abadlıq İdarəsində işləyir. Yaxşı əməkhaqqı alır. Özüm elə evimdəcə iş qurmuşam, fərdi sahibkarlıqla məşğulam. Həyatımızdan çox razıyıq.
Heç ağlımdan keçirə bilmirdim ki, bu qaçqınlıq həyatı bitəcək, bizim də belə evimiz olacaq. Hər cəhətdən ağlımıza gəlməyənləri yaşadıq. Sevinirəm ki, qızım Nurayı öz evimdən gəlin köçürəcəyəm. Oğlumun nişanlısını öz evimə gəlin gətirəcəyəm… Bizə bu xoşbəxtliyi yaşadana, bizi yenidən Zabuxa qaytarıb ev, iş sahibi edən Prezidentimizə minnətdaram!"
Digər həmsöhbətimiz Rüfət İmanov deyir ki, Zabuxdan çıxanda 7 yaşım var idi: "Yevlaxa pənah aparmışdıq. Oradan da Bakıya, Maştağaya köçdük. Çöx şükür ki, əziyyət çəksək də, azalmadıq, sayımız artdı. Oğlum İlkin 13, Nuray 11 yaşındadır. Gözəl evimiz var. Övladlarımın ümüdverici gələcəyi olduğunu hiss edirəm. İlkin istedadlı uşaqdır".
İlkin söhbətə qoşulur:
- Məktəbimizdə hər cür şərait var. Arzum kompüter mühəndisi olmaqdır. Bacımla birlikdə hələlik Laçın şəhər 2 saylı məktəbdə oxuyuruq. Dərsə məktəbin avtobusu ilə gedib-gəlirik. Sizə deyim ki, Laçını bizə məktəbdə müəllimlərimiz, evdə valideynlərimiz sevdiriblər. Biz belə rahatçılıq görməmişdik. Ürəyimiz heç sevinməmişdi...
Rüfət deyir ki, mənə, övladlarıma bu şəraiti bəxş edən, bizi sağ ikən cənnətdə yaşadan Prezidentimizə minnətdaram!
Söhbətimizi qədim yurdun yeni sakinlərindən Əlif Aslanovla onun evində davam etdiririk. Əlif müəllim Zabuxun işğalına qədər ömür-gün yoldaşı Günay xanımla 15 il kənddə müəllimlik ediblər. Ömürlərinin 31 ilini isə Bakıda Yeni Günəşlidə yaşamağa məcbur olublar. Bu illərdə Əlif müəllim Bakıda öz biznesini qurub, Günay isə 265 nömrəli məktəbdə müəllim işləyib.
Əlif müəllim deyir ki, çətinliklə də olsa, Bakıda şərait qura bilmişdim. Günüm nə qədər xoş keçsə də, içimdə dogma yurdun həsrəti vardı.
Zabux ən qədim yaşayış məskənlərindən biridir. Strateji əhəmiyyəti var. Həm də bir dağlar gözəlidir.
Gözəl mənzərəsini, təmiz havasını bir kənara qoyaq, indi gördüyünüz Zabuxu insan zəkasının möcüzəsi adlandırmaq mümkündür. Zabuxun gözəlliyi indi düşmənə dərd olub.
Biz bu yurdun sahibləriyik. Bütün dünya görür ki, qururuq, yaradırıq, əkirik, becəririk. Kənddə, rayonda yeni iş yerləri yaradılır.
Düşmən isə bu 30 ildə uçurub-dağıtmaqla məşğul olub. Zabux Azərbaycan dövlətinin gücünü, qüdrətini dünyaya göstərən bir ünvandır. Ermənilərin 30 ildə dağıtdığını biz 9 aya, müqayisəolunmaz bir gözəllikdə bərpa etdik.
Mən, Qarabağın, Şərqi Zəngəzurun xilaskarı, Zabuxu cənnətə döndərib, bizi yenidən ev sahibi edən, dogma yurdumuza qaytaran Prezidentimizə "var ol, Prezidentim, min yaşa", - deyirəm.
Digər həmsöhbətimiz isə ömrünün 31 ilini Bakıda Müşviq qəsəbəsində keçirən Muxtar Əhmədov oldu.
Muxtar kişi noyabrın 16-da Zabuxa qayıdıb. Deyir ki, Zabuxsuz keçirdiyim günləri ömrümdən hesab etmirəm. Şükür Allaha, bu günü gördük. 6 nəfər ailə üzvümüzə iki 3 otaqlı ev veriblər. Qızım Xəyalə qonşuluğumda yaşayır. Hər sabah Allaha əl açıb bizə bu xoşbəxtliyi yaşadan Prezidentimizə dua edirəm.
Zabuxda həyatı qaynayan, insanların ürəyini sevinən gördük. Hər tərəfdə qızğın abadlıq, quruculuq işləri gediridi. Zabuxda geridə qalan hər saat yeni yaranmış bir gözəllik deməkdir. Sanki yaranan gözəlliklər düşmənə "yamanlıq sənə qaldı", - deyir. Zabux xoşbəxt tarixini yaşayır, yaşayacaq, əbədi olaraq var olacaq!
Elşən QƏNİYEV,
"Azərbaycan"
Bakı-Zabux-Bakı
Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə açıqlanıb
Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub
Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub
Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib
ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib
Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı treninq təşkil olunub
"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
Ukraynanı çətin qış gözləyir
ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır
Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib
Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Qazax sakini minaya düşüb
Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!