06 Aprel 2025 08:45
2732
Səhiyyə
A- A+
Yüksək xidmət, ciddi nizam-intizam, müasir şərait

Yüksək xidmət, ciddi nizam-intizam, müasir şərait


Pasiyentlər Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bu təəssüratla ayrılırlar


Həyətdəki səliqə-sahman göz oxşayır. Buradakı abadlığı görüb təəccüblənməmək mümkün deyil. Gül-çiçəyin xoş rahiyəsi, yaşıllıqların arasında məskən salıb nəğmə oxuyan quşların səsi adamın ruhuna sakitlik gətirir. Sıra ilə düzülmüş oturacaqlarda əyləşib dincələn, söhbətləşən adamların əynində xəstəxana paltarı olmasa, ilk dəfə gələnlər buranın istirahət düşərgəsi olduğunu zənn edər. 

Bayırdakı sakitlikdən fərqli olaraq içəridə tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Necə deyərlər, insan əlindən tərpənmək mümkün deyil. İynə atsan yerə düşməz. Bütün otaqların qarşısında həkim qəbuluna düşmək, müayinə olunmaq istəyənlərin böyük növbələri gözə çarpır. Burada respublikanın bütün rayonlarından gəlmiş xəstələrlə rastlaşmaq mümkündür. Söhbət Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində mühüm elmi tədqiqat və aparıcı cərrahiyyə mərkəzi kimi tanınan Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən (ECM) gedir. Xatırladaq ki, 1961-ci ildə fəaliyyətə başlamış mərkəzin yaranmasında dünya tibb elminə adlarını yazmış akademiklər Mustafa bəy Topçubaşov, Zülfüqar Məmmədov, Cəlil Hüseynov, Cahangir Abdullayev və professor Fuad Əfəndiyevin müstəsna xidmətləri olub. 

Öyrənirik ki, ECM 15 il öncə Pezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir edilib. Elmi işlər üzrə direktor müavini professor İlham Kazımov səhiyyə ocağı haqqında məlumat verərək deyir:

- Bu gün mərkəz beynəlxalq standartlara cavab verən innovativ maddi-texniki bazası ilə yalnız Bakı və ətraf ərazilərdən deyil, ölkənin ayrı-ayrı regionlarından müraciət edən vətəndaşlara xidmət göstərir. 242 çarpayılıq kliniki bazaya malik olan ECM-in strukturu 18 şöbəni özündə birləşdirən elm üzrə idarəetmə aparatından və 26 kliniki şöbədən ibarətdir. Burada 104 elmi işçi, 130 həkim, 30 laborant çalışır. Mərkəz respublikamızın və dünyanın müxtəlif ölkələrinin aparıcı tibb və tədqiqat müəssisələri ilə müştərək elmi-tədqiqat işləri aparır, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası ilə əməkdaşlıq edir. Fəxrlə deyə bilərik ki, alimlərimizin əsərləri dünyanın bir çox ölkəsində yüksək elmmetrik göstəricili nüfuzlu jurnallarda, respublika və beynəlxalq səviyyəli simpozium, konqres və konfransların materiallarında işıq üzü görür. Mərkəzin beynəlxalq əlaqələrinin coğrafiyası ilbəil genişlənir. Mütəmadi şəkildə müasir tibb elminin və cərrahiyyənin aktual problemlərinə həsr olunan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə təşkilatçılıq edirik. Evsahibliyi etdiyimiz elmi tədbirlərdə Kanada, Amerika Birləşmiş Ştatları, Yaponiya, Türkiyə, Almaniya, Ukrayna, Misir və s. ölkələrin aparıcı elmi qurumlarının nümayəndələri, tanınmış alim və həkimləri iştirak edirlər. 

Direktor müavini deyir ki, bu il kollektiv üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq: "Azərbaycan səhiyyə və elmi ictimaiyyəti AMEA-nın təsisçilərindən biri - 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuş görkəmli cərrah-alim, ictimai və dövlət xadimi akademik Mustafa bəy Topçubaşovun 130 illik yubileyini qeyd edir". 

Mustafa Topçubaşovla yanaşı, akademiklər Zərifə Əliyeva, Mir Əsədulla Mirqasımov, Zülfüqar Məmmədov, Cəlil Hüseynov, Cahangir Abdullayev, Böyükkişi Ağayev, Adilə Namazova, Fazil Qurbanov, əməkdar elm xadimləri Tamerlan Əliyev, Əziz Əliyev kimi tibb elminə əvəzsiz töhfələr vermiş dünyaşöhrətli azərbaycanlı alimlərin yetirmələri tərəfindən bu gün də ECM-də ciddi elmi araşdırmalar aparılır. Mərkəzdə rezidentura təhsil pilləsi üzrə yüksəkixtisaslı kadrlar hazırlanır, doktorantura və dissertanturada müasir dünya tibb elminə xidmət göstərən gənc alimlər yetişdirilir, cərrahi xəstəliklərin yeni innovativ diaqnostika və müalicəsi istiqamətində mühüm tədqiqatlar aparılır, müasir dünya standartlarına cavab verən cərrahi əməliyyatlar icra olunur. 

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildikdən sonra ECM-in alim və mütəxəssisləri bu istiqamətdə də müxtəlif respublika və beynəlxalq səviyyəli simpozium və elmi konfranslarda məruzələrlə çıxış ediblər. Təkcə mərkəzin şöbə müdiri Günel Məmmədovanın COP29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "yaşıl və rəqəmsal səhiyyə", "yaşıl cərrahiyyə" və s. mövzularında 50-yə yaxın məqalə və müsahibəsi Azərbaycan və Türkiyənin aparıcı media orqanlarında Azərbaycan, türk və rus dillərində dərc olunub. 

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər-2 kafedrası kliniki baza olaraq ECM-də fəaliyyət göstərir. Həmçinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Akademik Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu kliniki baza kimi ECM-dən istifadə edirlər. Həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının damar xəstəlikləri, eləcə də mədə-bağırsaq traktının xəstəlikləri üzrə tibbi müayinəsi və şəhadətləndirilməsi də ECM-in peşəkar həkim və cərrahları tərəfindən aparılır.

Əməliyyat blokunun rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yusif Quliyev deyir ki, müasir texniki avadanlıqlarla təchiz edilən mərkəzdə hər cür çətin əməliyyatlar aparıb xəstələri sağlam həyata qaytarmaq mümkündür. Elə gün olur ki, həkimlər 25-30 xəstəni əməliyyat edirlər.

 Söhbətimizi əməliyyatdan yenicə çıxmış, ECM-in şöbə rəhbəri, tibb elmləri doktoru, professor Əlniyaz Məmmədovla davam etdiririk. Təcrübəli professor vurğulayır ki, ölkənin ayrı-ayrı tibb müəssisələrində əməliyyat olunan, lakin sonradan təkrar şikayətləri yaranan xəstələrin müayinə və müalicəsi mərkəzin peşəkar cərrahları tərəfindən icra edilir. Mürəkkəb xəstələr qrupuna aid edilən bu cür təkrar şikayətli xəstələr düzgün müayinə və müalicə olunmadıqda ciddi fəsadlarla üzləşə bilərlər.

ECM-də olduğumuz müddətdə professor Ə.Məmmədovun əməliyyat etdiyi xəstənin bir müddət əvvəl başqa bir tibb müəssisəsində əməliyyat olunduğunu və təkrar şikayətlə professora müraciət etdiyini öyrənirik. Uğursuz əməliyyat nəticəsində sağlamlığında ciddi fəsadlar yaranan xəstədə yenidən laparoskopik xolesistektomiya əməliyyatı icra olunmuşdu. 

Bələdçimiz Günel xanımla palataları gəzirik. Otaqlardakı təmizlik, səliqə-sahman diqqəti çəkir. Ayağından damar əməliyyatı olunmuş Əhliman Bayramovla söhbət edirik. Deyir ki, şəhid pilot, kapitan Zabit Bayramovun atasıdır: "Oğlumun iş yoldaşları bura müraciət etməyimi məsləhət bildilər. Övladımın xidmət etdiyi bütün eskadriliyanın zabitləri ziyarətimə gəlirlər, məni tək qoymurlar. Həkimlərimiz də gecə-gündüz qulluğumuzda durub, sağlamlığımızın qayğısına qalırlar. Qürur duyuram ki, ölkəmizdə insanlara bu cür qayğı göstərilir".


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!