13 Fevral 2025 18:07
589
DÜNYA
A- A+
Yerin daxili nüvəsinin forması dəyişilir

Yerin daxili nüvəsinin forması dəyişilir

Amerikalı geofiziklər qrupu Yerin ən dərin geosferi olan və təxminən 1200 km radiusa malik daxili nüvəsində struktur dəyişikliklərinin sübutlarını aşkar ediblər. Bu kəşf alimlərin uzun illərdir planetin mərkəzində nələrin baş verdiyi ilə bağlı mübahisələri aydınlıq gətirsə də, nüvədəki dəyişikliklərin günün uzunluğuna, Yer kürəsinin maqnit sahəsinə və digər proseslərə necə təsir etdiyinə dair yeni suallar doğurur. Alimlər bu kəşfi Cənubi Atlantikada yerləşən Cənubi Sendviç adalarından gələn seysmik dalğaları təhlil edərək ediblər.

Bu dalğalar Yer kürəsinin əks tərəfində, Alyaska və Kanadada yerləşən seysmoqraflar tərəfindən qeydə alınıb. Müşahidələr göstərib ki, 2004-2008-ci illər arasında bəzi seysmik dalğaların siqnalları dəyişib. Bu dəyişikliklərin səbəbi dalğaların qısa müddətlik daxili nüvəyə nüfuz etməsi və onun formasının dəyişməsi olub. Alimlər həmin dövrdə ilk dəfə daxili nüvənin deformasiyaya uğradığını müşahidə ediblər. Yer kürəsinin daxili nüvəsi xarici nüvədən hələ tam öyrənilməmiş, təxminən 5100 km qalınlığında bir qat ilə ayrılır. Əvvəlki seysmik tədqiqatlar göstərib ki, daxili nüvə əsasən metaldan ibarətdir və əsasən dəmir və nikel qarışığından təşkil olunmuş ərimiş xarici nüvə daxilində fırlanır. Bununla belə, daxili nüvənin fırlanma sürəti planetin qalan hissəsinin fırlanma sürətindən bir qədər fərqlidir. Bəzi alimlər hesab edirlər ki, seysmik siqnallardakı dəyişikliklər nüvənin fırlanması ilə deyil, daxili və xarici nüvə arasındakı sərhəddə baş verən fiziki dəyişikliklərlə bağlı ola bilər. Müşahidələr göstərib ki, bəzi seysmik siqnal dəyişiklikləri yalnız nüvənin fırlanması ilə izah edilə bilər, lakin bəzi nümunələr bu yeni hipotez ilə daha yaxşı uyğunlaşır.


  1.  Ülkər XASPOLADOVA,
  2. “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!