04 Mart 2025 08:00
2326
SİYASƏT
A- A+
YENİDƏN ALOVLANAN NOVRUZ TONQALLARI

YENİDƏN ALOVLANAN NOVRUZ TONQALLARI


Novruz xalqımızın ən əziz bayramlarından biridir.

Novruza bayramlar bayramı da deyirlər.

Novruz qarlı-covğunlu qışın başa çatdığı, öz yerini güllü-çiçəkli bahara verdiyi gündür.

Bu bayramın astroloji əsasları da vardır.

Novruzda həm də il təzələnir, insanlar yeni ilə qədəm qoymuş olurlar.

Bu dəyişmə və yeniləşmə bir çox xalqların və ölkələrin həyatında bu gün də rəsmi qaydada qüvvədədir.

Novruz daim özü ilə bol-bol sevinc, ruzi-bərəkət gətirir.

Novruz həm də insanların arzu və diləklərini gerçəkləşdirən bayramdır!

Xalqımızın inancına görə belədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın ən ülvi və müqəddəs arzusunu həyata keçirərək artıq beşinci ildir ki, Novruzu daha möhtəşəm və daha fərəhlə bayram etməyimizə şərait yaratdı.

Məhz onun "dəmir yumruğ"u, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi möcüzəvi bərpa, quruculuq və Böyük qayıdış prosesi sayəsində işğaldan azad edilərək dövlət suverenliyimizin bərpa olunduğu bu ərazilərdə alovlanan Novruz tonqallarının sayı  hər il daha da artır.

Xalqımızın həqiqi rəhbəri Ulu Öndər Heydər Əliyevdən ayrı düşməsi, torpaqlarımızın erməni işğalına məruz qalması təkcə otuzillik həsrətə, məşəqqət və iztirablara səbəb olmadı.

Vandalların murdar ləpirlərinin dəydiyi yerlərdə Novruz tonqalları da söndürüldü!

Əvəzində evlərimiz, meşə və bağlarımız qırılıb yandırıldı, gözəl Qarabağımız bayquşların uladıqları xarabalıqlara çevrildi.

Halbuki əsrlər boyu Azərbaycanın hər yerində olduğu kimi, bu bölgədə də Novruz xüsusi hazırlıqlar, böyük sevinc və toy-bayramla qeyd edilərdi...

Evlər təmizlənib ağardılar, xalça-palaz çırpılıb günə verilər, mərhələlər üzrə Novruz hazırlıqları görülərdi.

Təndirlər qalanar, südlü, şirin fətirlər bişirilər, saclar qurularaq üzərində bayram qovurğası qovrulardı.

Novruzqabağı hər yaş qrupundan olanların görəcəkləri işlərin qeyri-rəsmi bölgüsü olardı.

Böyüklərin öz qayğıları vardı:

* Ailənin "ehtiyat fondu"ndan səxavətlə pul ayırmaqla bayram bazarlığı edilərdi.

* Xonça tutub içərisini quru meyvə və şirniyyatla doldurardılar.

* Çərşənbə axşamlarında plov bişirilməsi üçün lazımi tədarüklər görərdilər.

* Qırmızı yumurta boyayardılar, boşqablarda səməni göyərdərdilər.

* Şamlar alıb bayram gecəsinə hazırlayardılar.

* Uşaqlara, qocalara, doğma və qohumlara vermək üçün hədiyyələr tədarük olunardı.

Uşaqların, yeniyetmə və cavanların da öz işləri olardı:

* Çərşənbə axşamları və bayram günü tonqalda yandırmaq üçün çır-çırpı yığardılar.

* Oğlanlar "torba atmağa", qızlar isə "qapı pusmağa" hazırlıq görərdilər.

* Bayram mahnıları və oyunları öyrənib ifa edərdilər.

* Küsülüləri barışdırmağa hazırlaşardılar.

Novruza hazırlıq və bayram dövründə hər tərəf tozdan, palçıqdan təmizlənər, insanların ürəkləri isə kindən-küdurətdən!

Hamı bir-birinə xoş söz deyib, xoş arzularını, dualarını çatdırardı.

Torpaqların erməni vandalları tərəfindən işğalından sonra Qarabağda Novruza, torpaqların işğal olunduğu ərazilərdə Novruz hazırlıqlarına və xalqımızın bu sahədəki qədim, gözəl adət-ənənələrinə də son qoyuldu.

Əvəzində Azərbaycan xalqının əli ilə yaradılanları, tikilib-qurulanları məhv etmək üçün düşmən tonqalları qalanmağa başladı.

***

İşğal olunmuş torpaqlardan zorla çıxarılan məcburi köçkünlər özləri ilə götürüləsi mümkün olanları götürdülər...

Abad və yaşayış üçün hər şəraiti olan evlər, həyətlərdəki meyvə ağacları, çörək bişirmək üçün təndirlər, bir çox hallarda mebellər və iriqabaritli əşyalar düşmənə qənimət qaldı.

Başqa çarələri yox idi.

Çünki nə vaxtları vardı, nə də o qədər yükü daşımağa maşınları.

Amma milli-mənəvi dəyərləri, adət-ənənələrini unutmadılar!

Normal yaşayış üçün heç bir şəraiti olmayan çadır şəhərciklərində yerləşənlər çox oldu.

Yaxın ətrafdakı rayon mərkəzlərinə, yaxın-uzaq qohumlarının, dostlarının yaşadıqları kəndlərə və evlərə pənah aparanlar, qeyri-yaşayış tikililərində qərar tutanlar da oldu.

İctimai binalarda, yataqxanalarda, sanatoriyalarda bir xeyli insan yerləşdi.

Hamı beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tezliklə yerinə yetiriləcəyinə, yaman günün ömrünün az olacağına inanırdı!

HEYHAT!

* Sən demə, beynəlxalq hüquq da boş şeymiş!

* Sən demə, BMT də dişsiz bir qurum imiş!

* Sən demə, ATƏT-in Minsk qrupu da baş aldatmaq, işğalı əbədiləşdirmək üçün qurulan bir oyunbazlıq imiş!

Odur ki, bu ədalətsizlik, bu məşəqqətli məcburi köçkün həyatı otuz ilədək davam etdi!

* İnsanların bir çoxu insan kimi, normal həyat sürə bilmədilər.

* İnsanlar işsiz qalıb ehtiyac içində yaşadılar, dövlətin verdiyi yardıma qane olmaq məcburiyyətində qaldılar.

Yalnız yeni yaşayış kompleksləri və qaçqın şəhərcikləri tikiləndən və orada məskunlaşandan sonra normal həyata qayıtdılar.

Elə il oldu ki, nə Novruzu bayram edə bildilər, nə də əllərini bayram tonqallarında isitdilər!

Nə qovurğa qovurdular, nə də şəkərbura, paxlava bişirdilər!

Amma dözdülər, bildilər ki, yaman günün ömrü az olur!

Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin doğma torpaqlara qaytarılacaqları ilə bağlı verdikləri vədlərə inandılar!

İnandılar ki, məqam düşən kimi doğma torpaqlarına geri dönəcəklər!

Onları yaşadan, hər bir çətinliyə dözümlü edən də məhz bu inamları oldu!

Şəhər mərkəzlərindəki yataqxana binalarının həyətlərində Novruz tonqalı qalaya bilməsələr də, evlərində səməni göyərtdilər, mer-meyvədən xonça tutdular, körpələrin, uşaqların bu əziz bayramı unutmalarına yol vermədilər.

Bax beləcə ömrə yazılası çətin olan əzablı məcburi köçkün illəri birtəhər yola verildi.

* Nəhayət, qisas günü gəlib çatdı!

* Nəhayət, 44 günlük Zəfər müharibəsi başladı!

* Nəhayət, "dəmir yumruq" işə düşdü!

44 gündə bütün ağrı-acılara son qoyuldu!

44 gündə otuzillik zülmün qisası artıqlaması ilə alındı!

44 gündə müqəddəs torpaqlar murdar xislətlilərdən təmizlənərək paklığına qaytarıldı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev vədini şərəflə yerinə yetirdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları əsl sahiblərinə qaytardı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev qədim Azərbaycan torpaqlarına Novruzu, milli-mənəvi dəyərlərimizi də qaytardı!

***

Zəfər müharibəsinin ən yüksək zirvəsi sayılan Şuşaya, bütövlükdə külli Qarabağa və Şərqi Zəngəzura da Novruz tonqalını və Novruz ənənələrini cənab İlham Əliyev qaytardı!

Otuzillik həsrətdən sonra ailə üzvləri ilə birlikdə Cıdır düzündə nəhəng Novruz tonqalı alovlandırdı!

* Bu tonqalın işığını İrəvandan baxanlar da gördülər!

* Bu tonqalın alovu düşmənin gözlərini kor etdi!

* Bu tonqalın şöləsi dünyanın hər yerindən göründü!

Dostlar sevindilər, düşmənlər yanıb qovruldular!

Müzəffər Ali Baş Komandan İlham Əliyev tonqalın yanında oturaraq armudu stəkanda pürrəngi çay içib Novruzun rəmzlərindən sayılan şəkərbura, paxlava yedi!

Ağız şirinliyi ilə!

Düşmənə gözdağı verməklə!

Sonrakı illərdə işğaldan azad edilmiş ərazilərdən Prezident İlham Əliyevin yandırdığı tonqaldan alov, işıq və istilik alan yüzlərlə tonqal qalandı!

Hər il onların sayı durmadan artdı!

Artıq minlərlə keçmiş məcburi köçkün geriyə dönərək dövlətin onlar üçün yeni saldığı smart tipli yaşayış məntəqələrinə, hər cür şəraiti olan rahat mənzillərə və evlərə köçmüşlər.

***

Çırağınız işıqlı, ocağınız isti, süfrəniz ruzili və bərəkətli olsun...

Xalqımızın Novruz alqışlarındandır!

Novruz alqışlarının ən çox edildiyi insan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

Hər bir keçmiş məcburi köçkün dövlətin verdiyi mənzilin və evin qapısını açanda, süfrəyə oturanda, bayram aşına əl uzadanda, habelə Novruz tonqalının üstündən hoppanaraq Novruz təamlarından dadanda ona yenidən doğma yurdda bu xoşbəxtliyi qismət edən Prezident İlham Əliyevə dua edərək səmimi minnətdarlığını bildirir.

*** 

Bu gün növbəti Novruz bayramına aparan Od çərşənbəsidir.

Növbəti köç karvanları Cəbrayıla, Şuşaya, Xocalıya, Ballıcaya və Ağdərəyə getdi.

Deməli, Novruz tonqallarının sayı yenə də artdı...

Arta-arta da davam edəcəkdir!

Bu tonqallar həm də qalibiyyət nişanəsidir!

Düşməni məhv edərək torpaqlarını azad edən qəhrəman Azərbaycan xalqının qələbə tonqallarıdır!

Bu tonqallar həm də birliyimizin, iqtisadi imkanlarımızın, qurub-yaratmaq istəyimizin göstəricisidir.

Azərbaycan təkbaşına, heç kimdən kömək və yardım ummadan, gözləmədən xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər və qəsəbələr salır, Böyük qayıdış proqramını görünməmiş sürətlə icra edir!

Bu tonqallar xalqımızın tükənməz Vətən sevgisinin alov şəklində təzahürüdür.

Üzərimizə odla gələn düşməni odda yandıraraq qisasımızı döyüş meydanında aldıq!

Bu tonqallar həm də Birinci və İkinci Qarabağ müharibələrində həmin torpaqlarda şəhid olanların ruhlarına bir təsəllidir!

Bu tonqallar həm də hamıya və hər kəsə bir daha sübut edir ki, Qarabağ Azərbaycandır və daim belə olacaqdır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!