№ 403
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547 (Cild I); 2024, № 1, maddə 87, № 4, maddə 470, № 11, maddə 1263; 2025, № 7, maddə 715) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” üzrə:
1.2.1. 22.1-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri” sözləri “Dövlət qulluqçularının reyestri” sözləri ilə əvəz edilsin;
1.2.2. “Qeyd” hissəsi ləğv edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in “Qeyd” hissəsi ləğv edilsin.
2. “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 393 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın 4.27-ci bəndinin ikinci cümləsində, 4.28-ci bəndində və 6.5.6-cı yarımbəndində “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə” sözləri “Dövlət qulluqçularının reyestrinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 oktyabr tarixli 289 nömrəli, 13 oktyabr tarixli 298 nömrəli, 21 oktyabr tarixli 305 nömrəli və 28 noyabr tarixli 350 nömrəli qərarları) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 8.2.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində” sözləri “Dövlət qulluçularının reyestrində” sözləri ilə əvəz edilsin.
4. “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1551 (Cild I); 2024, № 5 (II kitab), maddə 576) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
4.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nın 2.5.2-ci yarımbəndinin 5-ci abzası aşağıdakı redaksiyada verilsin:
“5. dövlət qulluqçuları barədə məlumatların Dövlət qulluqçularının reyestrinə daxil edilməsinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası”na uyğun olaraq təmin olunması;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 18 ” “ dekabr ” 2025-ci il