14 Fevral 2025 08:35
467
SİYASƏT
A- A+
Yeni hədəflərin başlanğıcı

Yeni hədəflərin başlanğıcı


Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. 

Məhz bütün bunların nəticəsidir ki, ötən il fevralın 7-də keçirilmiş və tariximizə Zəfər seçkisi kimi yazılmış prezident seçkilərində xalqımız öz liderinə - cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi. 

Fevralın 14-də isə Prezident İlham Əliyev vətənə, dövlətə və xalqa sədaqət andı içdi. Dövlət başçısı andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı bəhs etdi. Bununla da müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başladı. 

Prezident İlham Əliyev çıxışında ölkəmizin gələcək inkişafı, regionda vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına geniş yer verib. 

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkib. Dövlət başçısı tərəfindən müyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır.

Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı diqqəti cəlb edir. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Respublikamız 2011-ci ildə isə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkdi. Azərbaycanın Qoşulmama Hərəkatının (QH) prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırdı. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edildi. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərdə Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Eyni zamanda Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanladılar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirildi. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu, funksionallığını əhəmiyyətli dərəcədə artırdı. Dünya birliyinin BMT-nin genişmiqyaslı tədbirlərindən sayılan COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsi oldu. Ölkəmiz mühüm ekoloji çağırışların, "yaşıl enerji" gündəliyinin müzakirə olunacağı bu tədbirə də yüksək səviyyədə evsahibliyi etdi. Ötən ilin noyabrında baş tutan tədbir böyük uğurlarla yadda qalıb.

Yeni dövrdə xarici siyasətimizin prioritetlərindən biri türk dünyasına inteqrasiyanın dərinləşdirilməsidir. Bununla bağlı Prezident İlham Əliyev andiçmə mərasimində tarixi fikir söyləyib: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır". 

Dövlət başçısının yeni dövrdə ölkəmizin xarici siyasət kursunun prioritetlərindən biri kimi türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Ölkə rəhbəri andiçmə mərasimindəki nitqində açıq danışaraq bildirmişdi ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, bu xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!" Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik.

Dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpa olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının "Yeni hədəflərə doğru!" şüarı ilə həyata keçirilməsi təbii qanunauyğunluq idi.

Beləliklə, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verməklə məhz özünün güclü lideri ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.


Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!