24 Aprel 2025 09:15
2609
Səhiyyə
A- A+
Yaz allergiyaları

Yaz allergiyaları


Bu mövsümi xəstəliyin əsas simptomları burun axması, boğaz qıcıqlanması və gözün qaşınmasıdır


Yazın gəlişi ilə təbiət oyanır, əhvali-ruhiyyə yüksəlir. Təbiətin oyanmasının müsbət təsirləri ilə yanaşı, mənfi tərəfləri də var. 

Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da gətirir. Bitkilərin tozlanması daha çox bu fəsildə olduğu üçün allergiyaların ən çox yayılma, üzə çıxma dövrü də məhz bu mövsümdür.

Alimlər XXI əsri "Allergiya əsri" adlandırırlar. Statistik məlumatlara əsasən, dünyada hər 10 insandan ən azı ikisi bu xəstəlikdən əziyyət çəkir və onların sayı gündən-günə artmaqda davam edir.


Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-allerqoloq Nigar Həşimovanın sözlərinə görə, mövsümi allergiyalar qrupuna daxil olan yaz allergiyaları yaz-payız aylarında, çiçəklərin tozlanma dönəmində özünü göstərir: "Tozlanma havaya yayıldıqca ağız, burun və göz vasitəsilə ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Pollinoz dediyimiz bu allergiyalar tozlanma dövrü bitənədək, daha dəqiq desək, martdan iyun ayına qədər davam edir. Yaz allergiyasının əlamətləri burunda qaşınma, gicişmə və göynəmə, tez-tez asqırma, öskürmə, boğazda göynəmə, gözlərdə, göz qapaqlarında qızartı və qaşınma, yüngül yorğunluq və halsızlıqdır. Ağırlaşmış hallarda isə boğulma, astma tutmaları kimi problemlər müşahidə edilə bilər. Xəstəliyin əlamətləri 2 həftədən 5 həftəyə qədər davam edir. O, bəzən kəskin respirator virus infeksiyaları ilə qarışdırılsa da, ən böyük fərq allergik xəstələrdə burun axıntısının şəffaf olmasıdır. Digər tərəfdən virus infeksiyalarının 5-7 gün müddəti olur və bitir, allergiyada isə xəstə allergenlə kontaktda olduqda yenidən eyni halla rastlaşır. Soyuqdəymə preparatları qəbul etsə də, onların təsiri olmur". 

Həkim-allerqoloq bildirib ki, xəstəliyə istənilən yaş dövründə rast gəlinsə də, irsiyyətində allergiyaya meyilli adamlar, ekoloji pis şəraitdə yaşayan və işləyənlər, immun sistemi zəif olanlar risk qrupundadırlar. Əgər valideynlərdən biri allergik xəstədirsə, 20-25 faiz, hər iki valideyndə bu xəstəlik varsa, onun uşaqda olmaq ehtimalı 50-70 faizdir.


Tibbi maska və eynəkdən istifadə tövsiyə edilir


Şikayətlər dərinləşmədən, xəstəlik xroniki hal almadan qarşısını zamanında almaq, mütəxəssisə müraciət etmək lazımdır. Nigar Həşimova bildirib ki, allergenlərdən uzaqlaşdırmaqla, medikamentozla, immunoterapiya və peyvəndləmə kimi müalicə üsulları ilə bu sağlamlıq probleminin uşaqlıqda qarşısını almaq olar. Mövsümi allergiyanı tamamilə müalicə etmək isə mümkün deyil, ancaq uzunmüddətli remisiya əldə etmək olar. Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl həkim tərəfindən təyin edilən dərman qəbuluna başlamalı, əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar. Hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz, fındıq, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, müəyyən ədviyyatlar, eləcə də yağlı şirin məhsulların istifadəsi qadağan edilir, yaxud da ən azı ciddi şəkildə məhdudlaşdırılır. Əks halda allergik reaksiyalar kəskinləşə bilər.

"Tozcuqların sayı soyuq yağışlı günlərdə az, isti və quru havalarda, xüsusən də günün ilk saatlarında yüksək olur. Buna görə də allergik riniti olan xəstələr evləri, qapalı məkanları səhər saatlarında deyil, günortadan sonra havalandırmalıdırlar. Səhər saatlarında işə, məktəbə, bağçaya gedərkən tibbi maska və eynəkdən istifadə etmək tövsiyə edilir. Bu narahatlıqdan əziyyət çəkən şəxslər siqaret qoxusundan, ətirlərdən və rütubətli mühitdən uzaq durmalıdırlar. Çöldən evə gələndə isə əl-üz yuyulmalı, geyim dəyişdirilməli, mümkünsə duş qəbul edilməlidir. Tozlanma mövsümündə paltarların qapalı yerdə qurudulması da tövsiyə edilir", - deyə həkim-allerqoloq qeyd edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!