07 May 2025 08:15
602
SİYASƏT
A- A+
Yaxın Şərq: Azərbaycanın çoxqütblü xarici siyasətinin yeni istiqaməti 

Yaxın Şərq: Azərbaycanın çoxqütblü xarici siyasətinin yeni istiqaməti 


Azərbaycanın xarici siyasətində Cənubi Qafqaz bölgəsindən ayrı regionda - Yaxın Şərq coğrafiyasında fəallaşması təsadüfi sayılmamalıdır. Vətən müharibəsindəki tarixi hərbi-siyasi qələbədən sonra dövlətimizin beynəlxalq aləmdə həm nüfuzunun artması, həm də ən müxtəlif səpkili proseslərə təsir etmək imkanlarını qazanması rəsmi Bakının artıq yalnız regional deyil, daha geniş çərçivədə qlobal hadisələrdə də rol oynamağa başlamış geosiyasi aktora çevrilməsi ilə nəticələnib. 

Azərbaycanın beynəlxalq siyasətdə yeni statusa yiyələnməsi, yəni orta gücə çevrilməsinin də başlıca səbəbi məhz bu amildir. Ölkəmizin balanslaşdırılmış, milli maraq və mənafelərə əsaslanan xarici siyasəti son aylar ərzində bir qədər də şaxələnərək ən müxtəlif istiqamətləri əhatə etməyə başlamışdır. Bu çoxqütblü siyasət Azərbaycanın iqtisadi imkanları, hərbi qüdrəti və siyasi sabitliyindən irəli gəlir və Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi diplomatiyanın əsasını təşkil edir.


Mənəvi bağlılığın geosiyasi ünvanı


Azərbaycanın müasir çağırış və təşəbbüslərin təmin olunmasına hesablanmış çağdaş xarici siyasəti ötən illərdən fərqli olaraq ciddi dəyişikliyə uğramışdır. Bu transformasiya prosesi ondan ibarətdir ki, indi rəsmi Bakının xarici siyasətinin qarşısında duran əsas vəzifə bütün resurs, imkan və alətlərin Azərbaycanın beynəlxalq müstəvidəki fərqli statuslu iştirakçı olaraq yeni geosiyasi hədəflərə nail olmasına yönəlib. Dövlətimiz dünyanın ikinci iqtisadiyyatı və Qlobal Cənubun aparıcı üzvü olan Çinlə strateji münasibətlər qurub, eyni zamanda Avropa İttifaqı ilə enerji təminatı sahəsində səmərəli işgüzar münasibətlərə malikdir. Türk dünyası Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim evimizdir. Bu baxımdan xarici siyasətimizin mühüm istiqaməti də məhz qardaş türk dövlətləridir. Afrika dövlətlərinin liderlərinin Bakıya səfərləri göstərir ki, qitə təmsilçiləri ilə təmaslar yalnız Qoşulmama Hərəkatı çərçivəsindəki əlaqələrlə məhdudlaşmır. Nəhayət, Azərbaycanın Yaxın Şərqdə fəallaşması ölkəmizin və xalqımızın islam aləmi ilə mənəvi bağlılığı ilə yanaşı, həm də Bakının müsəlman dünyasındakı siyasi və iqtisadi nüfuzu nöqteyi-nəzərindən şərh olunmalıdır. 

Diplomatiyamızın Yaxın Şərq istiqaməti bizim üçün qlobal geosiyasi proseslərdə iştirakçı olmağımızla yanaşı, həm də ənənəvi xarakterlidir. Çünki Azərbaycan islam dünyasının təmsilçisidir və bu kontekstdə bizim müsəlman dövlətləri ilə həm fərqli beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda hər zaman pozitiv münasibətlərimiz olub. Torpaqlarımızın işğal altında olduğu müddətdə müsəlman dövlətlərinin daimi dəstəyini hiss etmişik. Məsələn, Səudiyyə Ərəbistanı Ermənistanı ümumiyyətlə, dövlət olaraq tanımayıb və bunun da əsas məqsədi İrəvanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qəsbkar iddialarla çıxış etməsi olub. İslam aləminin ICESCO kimi nüfuzlu təşkilatı Azərbaycanın milli, dini və mənəvi sərvətlərinin Ermənistan tərəfindən mənimsənilməsi və məhv edilməsinə qarşı hər zaman etiraz səsini ucaldıb. Təsadüfi deyildir ki, torpaqlarımızın azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzura mütəmadi monitorinq xarakterli səfərləri məhz bu təşkilatın heyətləri edib və işğaldan azad edilmiş bölgədə dini obyektlərimizin ermənilər tərəfindən dağıdılması, təhqir edilməsi və məhvi faktları təşkilat tərəfindən sənədləşdirilib. Bu, bizim bir xalq olaraq ən ağrılı problemlərimizdən biridir, çünki Yer üzündən silinən məscid və abidələrimiz təkcə tarixi deyil, həm də dini maddi-mədəniyyət sərvətlərimiz olub. 

Azərbaycanın Yaxın Şərq regionu ilə daha sıx siyasi və iqtisadi birgə fəaliyyəti üçün atdığı növbəti addım ötən ilin sonlarında islam dünyasının ən nüfuzlu üzvlərinin təmsil olunduqları D-8-ə üzv qəbul edilməsidir. Bu təşkilat müsəlman ölkələrinin bir növ elitar qurumudur və buradakı üzvlər islam coğrafiyasının iqtisadi baxımdan ən qabaqcıl və proqressiv dövlətləridirlər. Azərbaycanın yekdilliklə D-8-ə üzv qəbul olunması həm dövlətimizin nüfuzunun, həm də xarici siyasətimizin Yaxın Şərq kimi vacib istiqamətdə aktivləşməsinin təzahürüdür.

Yaxın Şərq siyasəti çərçivəsində olduqca mühüm istiqamətlərdən biri Suriyadır. Son ayların bir sıra hadisələri və təmasları onu göstərir ki, Azərbaycan yeni Suriyanın iqtisadi və təhlükəsizlik arxitekturasında ciddi rol oynamağa başlayıb və bunun məntiqi olaraq izlənən proseslərin nəticəsi kimi bölgədəki mövqelərini daha da möhkəmləndirəcək. Azərbaycan Suriyada hakimiyyət dəyişikliyindən sonra sabiq prezident Bəşər Əsədin zülm hakimiyyətindən əziyyət çəkən sıravi xalq üçün humanitar yardım təşəbbüsü ilə çıxış etmiş ilk dövlətlərdən biri olub. Bunun ardınca Xarici İşlər Nazirliyinin heyəti Suriyaya səfər edib və bu dövlətin yeni rəhbərliyi ilə məhsuldar görüşlər keçirib. 

Aprelin 11-də Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü baş tutub. Prezident İlham Əliyev həmin görüşdə qeyd edib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddətdə bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Dövlət başçısı ölkəmizin Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində iştirak etməyə hazır olduğunu qeyd edib. Eyni zamanda Suriya lideri də Azərbaycanın gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində ölkəsinə dəstək göstərməsinin mümkünlüyü və önəmindən məmnunluğunu qeyd edib. 

Azərbaycanın son illərin geosiyasi anarxiyasından əziyyət çəkmiş və mürəkkəb çağırışlarla üz-üzə qalmış Suriyada aktiv fəaliyyəti daha bir amillə də izah olunmalıdır. Suriyadakı hakimiyyət dəyişikliyi qardaş və strateji müttəfiq dövlət olan Türkiyənin bölgədəki nüfuz və təsirini xeyli artırıb. Təbii ki, Türkiyə bu ölkədə baş verən proseslərdə ən yaxın tərəfdaş və beynəlxalq aktor qismində iştirak edir. Ankaranın proseslərdəki eksklüziv rolu və statusunu bütün dünya qəbul edir. Bu baxımdan Azərbaycanın da bu qlobal prosesdə iştirakçı olması həm də bizim qardaş Türkiyə ilə aramızda olan strateji münasibətlərin ruhundan irəli gəlir. 


Yenilənən Azərbaycan-İran münasibətləri


İranda yeni Prezident - Məsud Pezeşkianın hakimiyyətə gəlişi dövlətlərimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələsinin əsasını qoyub. İranın siyasi liderinin az öncə ölkəmizə olduqca uğurlu səfəri Bakı ilə Tehran arasındakı münasibətlərin daha pozitiv məcrada davam etdirilməsi, hətta inkişaf etdirilməsi üçün baza rolunu oynayacaq. 

İran Yaxın Şərqdə baş verən proseslərin əvəzolunmaz və aktiv iştirakçılarından biridir və bu baxımdan Azərbaycanın bu coğrafiyada fəallaşması kontekstində Bakı-Tehran münasibətlərinin əhəmiyyəti daha da artır. Rəsmi Bakının son illər ərzində münasibətlərini daha da inkişaf etdirməyə çalışdığı İraq və Suriyada İranın ənənəvi güclü mövqeləri olub. Bu baxımdan Yaxın Şərqdə siyasi və iqtisadi fəaliyyət bölgənin ən nüfuzlu təmsilçilərindən biri olan İranla müsbət işguzar münasibətlərin mövcudluğunu şərtləndirir. Olduqca vacib amil bundan ibarətdir ki, Tehran Bakının Yaxın Şərqdəki təşəbbüslərini tanıyır və qəbul edir. Bakıda səfərdə olarkən Prezident Məsud Pezeşkianın bu faktı dilə gətirməsi əlahiddə ciddi faktordur: "Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq".

İran liderinin bu sözləri faktiki olaraq Suriya və Yaxın Şərqdə Azərbaycanın mövcudluğunun Tehran tərəfindən qəbul edilməsi anlamına gəlir. Onun Yaxın Şərqdə "birgə layihələr"dən danışması göstərir ki, İran Azərbaycanın Yaxın Şərq təşəbbüslərində tərəf kimi çıxış etməyi də mümkün sayır. Bu, özündə müxtəlif məzmunlu iqtisadi layihələrlə yanaşı, regional sabitliyi təmin edəcək təhlükəsizlik formatları çərçivəsində müştərək əməkdaşlığı da əks etdirə bilər.


Türkiyə-İsrail münasibətləri və Azərbaycan


Yaxın Şərqin gündəmində duran başlıca mövzulardan biri də son illər ərzində özünün gərginliyi ilə müşayiət olunan Ankara-Təl-Əviv əlaqələridir. Həm Türkiyə, həm də İsrail Azərbaycan üçün vacib dövlətlərdir. Əgər Türkiyə qardaş ölkədirsə, İsrail də strateji tərəfdaşımızdır. Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, iki dost ölkə arasında gərgin münasibətlərin olması Azərbaycanın milli maraqlarına cavab vermir: "Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir".

Rəsmi Bakının Yaxın Şərqdəki fəaliyyətinin prioritet istiqaməti iki müttəfiq arasında  hamar olmayan münasibətlərin sabitləşdirilməsi prosesində iştirak etmək və maksimal şəkildə gərginliyin aradan qaldırılmasına öz töhfəsini verməkdən ibarətdir. Bu proses Prezident İlham Əliyevin şəxsi nəzarətindədir və onu göstərir ki, Azərbaycan Yaxın Şərqə yalnız iqtisadi prioritetlər müstəvisindən yanaşmır. Bakı eyni zamanda bölgədəki təhlükəsizlik problemlərinə maksimal şəkildə cəlb olunmaq, habelə sabitlik mühiti, qarşılıqlı etimad ab-havasının bərqərar edilməsində iştirak etmək niyyətindədir. Bu mürəkkəb prosesdə Türkiyə ilə İsrail arasındakı gərginliyin nizamlanmaması şəraitində uğur qazanmaq mümkün deyil. Məhz bu səbəbdəndir ki, Azərbaycan iki dost ölkə arasında əlaqələrin yaxşılaşdırılması missiyasını öz üzərinə götürüb. Bunu Prezident İlham Əliyev də qeyd edir: "Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik".

Dövlətlər arasındakı gərgin atmosferin neytrallaşdırılmasına hesablanmış sülhpərvər, barışdırıcı missiya ilk növ-bədə bu təşəbbüslə çıxış edən tərəfin nüfuzuna əsaslanmalıdır. Bu gün Bakının Yaxın Şərq kimi çətin bölgədə iki regional güc mərkəzini bir araya gətirmək cəhdi Prezident İlham Əliyevin beynəlxalq nüfuzundan, Türkiyə və İsrail cəmiyyətlərində malik olduğu hörmətdən, eyni zamanda Azərbaycana bir dövlət olaraq bəslənən etimaddan irəli gələn reallıqdır. 

Prezident İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına verdiyi geniş müsahibədə Azərbaycanın xarici siyasətindən bəhs edərkən yeni dünya nizamının formalaşması prosesinə toxunmuşdu. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın xarici siyasət hədəfi yeni nizamda aktiv rol oynamaq və bundan geosiyasi dividendlər əldə etməkdir. Prezident İlham Əliyevin bu bəyanatının nəticələrini az müddət keçməsinə baxmayaraq, artıq görməyə başlamışıq. Dövlətimiz yerləşdiyimiz regiondan kənarda baş verən proseslərdə iştirak edir və bununla da yeni statusunu - orta güc olduğunu əməli addımlarla təsdiq edir. Eyni zamanda Azərbaycanın geosiyasi aktor olaraq bu proseslərdə mövcudluğu həm regional iştirakçılar, həm də daha iri güc mərkəzləri tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın xarici siyasətinin uğurlu çoxqütblü formatı bu reallığın əyani təsdiqidir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!