03 Dekabr 2023 11:24
1363
CƏMİYYƏT
A- A+
Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

 

Qarşıdan gələn 2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur. Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.

AZƏRTAC xəbər verir ki, Çində Əjdahaya, ümumiyyətlə, çox hörmət edirlər: o, bir vaxtlar sarsılmaz imperator hakimiyyətinin rəmzi olub. Məsələn, Tsin sülaləsinin hakimiyyəti illərində Əjdaha təsviri dövlət bayrağını bəzəyirdi, rəiyyət isə hətta sehirli “heyvanın” fiquru olan libas geydiyinə görə edam hökmü ilə cəzalandırıla bilərdi. Bəs, müasir dövrdə bu varlığın təsviri ilə üzləşən insanların həyəcanlanmasına səbəb varmı? Əsla yox. Birincisi, Şərq təqviminə əsasən, özündə Yerlə göyün ruhunu cəmləyən ilahi varlıq olan Əjdahanın üzərində təhvil olan il 12 illik tsikldə ən firavan və uğurlu illərdən biri hesab edilir. İkincisi, 2024-cü ildə bu varlığın ağac kimi yaşıl rəngdə olması ilin kifayət qədər ruzili olacağına işarədir. Yaşıl Əjdaha, digər Əjdaha illəri arasında ən sakit və təmkinlisidir.

Məlum olduğu kimi, Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də, Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq və 2025-ci il yanvarın 28-də başa çatacaq. Bu müddət ərzində yeni təqvim ilinin günləri bir çoxlarının hətta iquanaya və ya varana bənzətdikləri bu mifik heyvanın “himayəsi” altında olacaq.

Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir. Çünki Qədim Çin mifologiyasında Əjdahanın müxtəlif ölçülərdə və fərqli quruluşlara malik çoxsaylı növlərinə rast gəlinir.

Şərq qoroskopu beş təbiət ünsürünə əsaslanır: Od, Su, Dəmir, Ağac və Torpaq. Onların hər biri müvafiq rəngləri ilə seçilir. Təqvimin tam tsikli 60 ilə bərabərdir, buna görə də, simvollar yalnız 60 ildən bir üst-üstə düşür. Daha doğrusu, bundan əvvəlki Yaşıl Əjdaha ili 1964-cü ilə təsadüf edib, növbəti dəfə isə 2084-cü ildə təkrarlanacaq.

Beləliklə, bizi 2024-cü ildə nə gözləyir? Bu ilin ünsürü Ağacdır. O, özündə fiziki və mənəvi yüksəlişi ehtiva edir, ona görə də özünə inanan, məqsədyönlü və xeyirxah əməlləri olan insanları bu ildə uğur və nailiyyət müşayiət edəcək. İlin energetikasında üstünlük təşkil edən yaşıl rəng yenilənməni, tərəqqi və yüksəlişi, yeni həyatın başlanğıcını və çoxsaylı maraqlı hadisələrin bir-birini əvəzləməsini simvolizə edir. Ağacdan olan Əjdaha demək olar ki, istənilən şəraitə uyğunlaşmağa kömək edəcək. Astroloji proqnozlara görə, çətinliklər çoxaldıqda onların öhdəsindən gəlmək üçün səylərimiz və gücümüz də bir o qədər çox olacaq.

Astroloqlar bu ili xüsusi və qeyri-adi şəkildə qarşılamağı tövsiyə edirlər. Eynilik və bayağılıq Əjdahanın xoşuna gəlmir. Qüssəyə qapılmaq, monoton həyat tərzi keçirmək və kədərlənmək olmaz. Yeni il gecəsini parlaq və şən əhval-ruhiyyədə keçirənlər Əjdahanı sevindirəcəklər. Yaxın və doğma insanlara hədiyyələr bağışlamaq, onları sevindirmək arzuolunandır. Süfrəyə bayram yeməkləri ilə yanaşı yarma, alma, təzə göyərti qoyulsa, daha yaxşı olar. İl ərzində bir-birinə xoş sözlər demək və gülərüz olmaq vacibdir.

Proqnozlara əsasən, Əjdaha ili xüsusilə Siçan və Pələng ilində doğulanlar üçün uğurlu olacaq. Əsad odur ki, Əjdaha heç bir çətinlikdən qorxmur və risk etməyi sevir!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!