Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırır
Martın 28-də Yaponiya parlamentinin yuxarı palatası aprel ayında başlayacaq yeni maliyyə ili üçün dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, 114,38 trilyon yen (874,77 milyard ABŞ dolları) məbləğindəki büdcə sosial müdafiə və ölkənin özünümüdafiə qüvvələri üçün xərclərin rekord dərəcədə artımını nəzərdə tutur. Yaşlı insanların sayının ölkənin ümumi əhali sayında payının artması səbəbindən dünyanın ən sürətlə qocalan əhaliyə malik ölkələrindən biri olan Yaponiyanın hökuməti sosial müdafiə xərclərini 282,13 milyard dollar planlaşdırıb.
Müdafiə xərcləri isə qonşu ölkələrin təhlükəsizlik təhdidləri fonunda ötən illə müqayisədə 26 faiz artırılaraq, 52,15 milyard dollar nəzərdə tutulub. Bu, 1952-ci ildən bəri ən yüksək illik artım göstəricisidir. Artımı təmin etmək üçün aprelin 1-dən etibarən vergi olmayan gəlirlər ölkənin müdafiə xərclərinin qarşılanmasına yönəldiləcək. Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumət bununla da Yaponiyanın müdafiə xərclərinin ümumi daxili məhsulda (ÜDM) uzun illər davam edən 1 faizlik payının 2027-ci ildən etibarən 2 faizə çatdırılmasını təmin etməyi hədəfləyib.
Yeri gəlmişkən qeyd edək ki, 2024-cü ildən başlayaraq korporativ və gəlir vergisinin, habelə bəzi istehlak mallarına tətbiq olunan vergilərin artırılmasından əldə ediləcək vəsait də ölkənin müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bundan başqa, əsasən təbii fəlakətlər üçün nəzərdə tutulan və xərclənməsi üçün parlament təsdiqinə ehtiyac olmayan ehtiyat fonddakı qalıq vəsaitlərinin də müdafiə məqsədilə istifadəsi mümkün olacaq.
İkinci Dünya müharibəsində məğlubiyyətdən sonra pasifist mövqe tutan Yaponiyanın hərbi xərclərini bu dərəcədə artırmasına müxalifət, habelə ictimaiyyət nümayəndələri də etiraz edirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
31 May
Azərbaycanın üç taekvondoçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb...
31 May
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır
31 May
Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini birinci oxunuşda qə...
31 May
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini...
31 May
Prezident: Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir
31 May
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
31 May
Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir
31 May
Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb...
31 May
Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!