08 Fevral 2023 11:34
714
CƏMİYYƏT
A- A+
Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı  

Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı  

 

Azərbaycan xalqı qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Bunlardan Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), Ala çillə və ya Ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir. Rəvayətə görə, çillələr qışın oğullarıdır. El arasında Kiçik çillənin Böyük çilləyə nisbətən daha soyuq keçdiyinə inanılır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə AMEA-nın Gəncə bölməsinin əməkdaşı, folklorşünas Ruziyyə Quliyeva deyib.

O bildirib ki, çillə sözünün mənası əzab, əziyyət, çıxılmazlıq, çətin vəziyyət deməkdir. Çiləyə düşmək, çətinliyə düşmək mənasını verir. Xalq arasında qış - çiləyə, əzab əziyyətə düşmək kimi mənalandırılıb.

“Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Kiçik çillənin xarakterik cəhəti, onun Böyük çilləyə nisbətən daha soyuq keçməsidir. Xalq arasında dolaşan rəvayətə görə, Böyük çillə ömrünü başa vurub geri qayıdanda yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: “Nə etdin?” Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə buna gülüb deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”. İnsanlar Böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar. Kiçik çilləni isə amansız, sərt hesab edirlər,”- deyə R. Quliyeva bildirib.

Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də "Xıdır Nəbi”dir. Kiçik çillənin (fevralın) birinci ongünlüyünün “Xıdır Nəbi” adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun-boranlı keçdiyi qeyd edilir. “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözü də məhz buradan yaranıb.

Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır. Qədim tariximizdən süzülüb gələn bu bayramlarımızın təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması isə hər birimizin borcudur.

Qeyd edək ki, fevralın 21-də ölkəmizdə ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-sidir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!