24 May 2023 10:57
363
Elm və texnika
A- A+

Xiaomi planşetinin yeni xüsusiyyətləri açıqlandı

 

Çinin texnologiya nəhəngi Xiaomi yeni planşet modelini təqdim etməyə hazırlaşır. Yeni model "Redmi Pad 2"nin bəzi xüsusiyyətləri də ortaya çıxıb. Planşetin "Android 13" əməliyyat sisteminə sahib olduğu iddia edilir. İddialara görə, "Xiaomi Redmi Pad 2" planşeti 1200x1920 piksel təsvir ölçüsünə və 90 Hz yeniləmə tezliyinə malikdir. Planşetin arxa tərəfində 8 meqapiksel, ön tərəfində isə 5 meqapiksellik kamera olacağı təxmin edilir.
Digər bir məlumata görə, cihaz Qualcomm-un "Snapdragon 680" prosessoru ilə təchiz ediləcək. Android 13 əməliyyat sistemi əsaslı "MIUI 14 interfeys" dizaynı ilə satışa çıxarılacaq planşetin qiyməti və buraxılış tarixi açıqlanmayıb.


Səbuhi Bayramov,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video