14 May 2025 08:30
2023
SİYASƏT
A- A+
Xalq Cümhuriyyətinin reallaşdıra bilmədiklərini müstəqil Azərbaycan həyata keçirib

Xalq Cümhuriyyətinin reallaşdıra bilmədiklərini müstəqil Azərbaycan həyata keçirib


2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki tarixi qələbəmizin 5-ci ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror əməliyyatı ilə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.

Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən ali, müqəddəs arzusudur. Suverenlik hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas şərtidir. Yüz ildən çox davam edən müstəmləkə əsarətindən sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün milli müstəqilliyinə qovuşub. 

Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti müasir və demokratik prinsiplərə söykənən dünyəvi dövlətçilik ənənələrimizin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində həyata keçirdiyi tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratdı, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi. 

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etsə də, bu işğal Azərbaycanın beynəlxalq hüququn subyekti olması faktını silib ata bilmədi və sovet quruluşunda formal da olsa, Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi. 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsinə istinad edildi və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi müstəqilliyini bərpa etdi. 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasəti, eyni zamanda 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranan kəskin böhran və anarxiya şəraiti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı onun xalqımız qarşısında yerinə yetirdiyi xilaskarlıq misssiyası idi. 

1991-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq etdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Bu çətin və şərəfli missiyanı öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev atdığı cəsarətli addımlarla Azərbaycanı onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxarmağı bacardı və onun yaşamasını təmin etdi. 

Bir tarixçi olaraq əminəm ki, əgər müstəqilliyin bərpası zamanı Azərbaycanda hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, ölkəmiz o dövrdə üzləşdiyi xaos və böhranı yaşamayacaqdı. Ulu Öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət olaraq dünya xəritəsindən tamamilə silinmiş ola bilərdi. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin əsəri, Heydər Əliyev ideyalarının təntənəsidir. Eyni zamanda bu, cümhuriyyət xadimlərinin arzularının gerçəkləşməsidir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun reallaşdıra bilmədiyi işləri 1993-cü ildən bəri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev həyata keçirdi. Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə elan edilən İstiqlal Bəyannaməsi Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiya aktı kimi qəbul edilsə də, Cümhuriyyət hökuməti ölkənin Əsas Qanununu qəbul edə bilmədi. Cümhuriyyətin bu arzusunu gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətimizin Əsas Qanunu müasir dünyanın ən demokratik prinsiplərini özündə ehtiva edən bir konstitusiyadır.

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri ölkədə parlament seçkiləri keçirmək və Azərbaycan Parlamentini formalaşdırmaq idi. Lakin mövcud şərtlər altında cümhuriyyət hökuməti ölkədə parlament seçkiləri keçirə bilmədi, Azərbaycan Parlamentini kooptasiya qaydasında formalaşdırmalı oldu. Cümhuriyyətin bu arzusunu da Ulu Öndər Heydər Əliyev gerçəkləşdirdi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi və ölkənin parlamenti formalaşdırıldı.

Ölkəmizdə nə Cümhuriyyət, nə də sonrakı 70 il ərzində həlli mümkün olmayan aqrar islahatlar da Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndərin 1996-cı ildə həyata keçirdiyi aqrar islahat nəticəsində torpaq əvəzsiz olaraq kəndliyə verildi. 

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri Azərbaycan neftini tam gücü ilə dünya bazarına çıxarmaq olsa da, bu məsələ də tam şəkildə öz həllini tapa bilmədi. Azərbaycanın iqtisadi inkişafı üçün həyati vacib olan bu məsələni həll edən Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev ölkəmizin bugünkü iqtisadi qüdrətini təmin etdi. 

Cümhuriyyət hökumətinin ən böyük planlarından biri və bəlkə də birincisi Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasətinə son qoymaq olsa da, həmin dövrdə yaranmış hərbi-siyasi vəziyyət bu vəzifəni həyata keçirməyə imkan vermədi. Müstəqil Azərbaycanın  bəlasına çevrilmiş bu problemin həll edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin də ən böyük arzusu idi. Ulu Öndərin bu arzusunu həyata keçirən Prezident İlham Əliyev bu problemi uğurla və kökündən həll edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bununla ölkəmiz son 30 ildə heç bir dövlətin əldə edə bilmədiyi uğura imza ataraq dünya birliyində öz layiqli yerini bir daha təsdiqlədi, 200 il bundan əvvəl Azərbaycanın içinə yerləşdirilən və vaxtaşırı Azərbaycana qarşı istifadə edilən erməni bombasını tam zərərsizləşdirdi. 

Beləliklə, Azərbaycan Cümhuriyyətinin qarşısına qoyduğu, amma reallaşdıra bilmədiyi bütün planlarını Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə bugünkü müstəqil Azərbaycan Respublikası reallaşdırdı. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır.  Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, xalqımızı məğlub xalqdan qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti yüzillik problemlərimizi aradan qaldıran, bu günümüzün fəxarət mənbəyi və sabahımızın mayakıdır.


Vasif QAFAROV,

Milli Məclisin deputatı, tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!