12 İyun 2025 13:46
1607
Elm və texnika
A- A+
VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir YENİLƏNİB

VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir YENİLƏNİB


İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Holdinq” şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.

Konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Rektor Ədalət Muradov builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmi məqalələrdən 224-nün seçilərək, xülasələr kitabında təqdim olunduğunu deyib. Rektor UNEC-in strateji hədəflərindən söz açıb və universitetin bu hədəflərə doğru inamla irəlilədiyini bildirib. O, UNEC-in elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək, “Web of Science” və “Scopus” indeksli elmi məqalələrin sayının artım tempinə görə UNEC-in dünyada lider olduğunu deyib.

Ədalət Muradov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda təhsil və elm sahəsində süni intellektin tətbiqi ilə bağlı tapşırıqların olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə UNEC-də həyata keçiriləcək layihələrdən söz açıb. Ədalət Muradov 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start verildiyini diqqətə çatdırıb: “Bu sistem elmi fəaliyyətin rəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcək. Məqsədimiz həm də araşdırmaların vahid platformada toplanması və şəffaflığın təmin edilməsidir”. Rektor rəqəmsal platformanın bir neçə əsas funksiyanı özündə birləşdirəcəyini diqqətə çatdırıb. O qeyd edib ki, rəqəmsal platforma elmi fəaliyyətin effektiv və şəffaf idarə olunmasını təmin etməklə yanaşı, məqalə və istinad sayı, qrantlar və digər fəaliyyətlərin illik performans dəyərləndirməsini asanlaşdıracaq. Ədalət Muradov ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması üçün vahid plagiat sisteminin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli ali təhsilin əsas hədəflərindən söz açaraq, bu istiqamətlərdən birinin də beynəlxalq reytinqlərdə irəliləmək olduğunu deyib. Həsən Həsənli bununla bağlı sistemli yanaşmanın və kompleks çalışmanın vacibliyini diqqətə çatdırıb: “Əminik ki, sistemli yanaşma nəticəsində yaxın dövrdə təhsildə və elmi fəaliyyətlərdə beynəlxalq rəqabətədavamlı uğurlar əldə edəcəyik. Bu prosesdə tədqiqatçıların rolu danılmazdır”. Nazir müavini keçirilən konfransın bu mənada əhəmiyyətli rol oynayacağını qeyd edib.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-un uğurlu nəticələrindən və Azərbaycanın bu tədbirə verdiyi töhfələrdən danışıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən nazir müavini COP-da irəli sürülmüş 14 təşəbbüsün 3-nün enerji ilə bağlı olduğunu və konfransın məhz həmin mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Yalçın Rəfiyev konfransda səsləndiriləcək fikirlərin ölkəmizin davamlı və dayanıqlı inkişafına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.

“UI GreenMetric” Dünya Universitetləri reytinqinin təsisçisi professor Riri Fitri Sari 2010-cu ildən fəaliyyət göstərən reytinqin universitetlərin ekoloji dayanıqlılıq və yaşıl təşəbbüslər sahəsində fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyib. O, “UI GreenMetric”in təkcə rəqabət deyil, həm də universitetlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu qeyd edib: “Məqsəd ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyətini təşviq etməkdir”.

Azərbaycan universitetlərinin davamlılıq sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkən təsisçi, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi proqramların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib. O, universitet rəhbərləri, akademik heyət və tələbələr üçün əməkdaşlıq mühitinin yaradılmasının cəmiyyət, planet və iqtisadi rifah arasında balanslı inkişafı təmin etmək baxımından vacib olduğunu bildirib.

Sonra “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Konfransda kitab sərgisi də təşkil olunub. İştirakçılar konfrans çərçivəsində çap olunmuş “Dairəvi iqtisadiyyat”, “Akademik yazı”, konfransa təqdim edilmiş 224 məqalədən ibarət “Xülasələr kitabı”, eləcə də “Akademik yazı” və UNEC tərəfindən ingilis dilindən tərcümə olunmuş “Davamlı Enerji”, “Bazarın hüdudları” kitabları ilə tanış olublar.

Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel sessiyalar olub. Birinci paneldə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın mövqeyi və COP29 kontekstində maliyyə mexanizmləri müzakirə olunub. Digər paneldə isə dairəvi iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən bəhs edilib, həmçinin rəqəmsal texnologiyalar, innovasiya və ekoloji dayanıqlılıq mövzularında fikir mübadilələri aparılıb.

Konfrans işini iyunun 13-14-də panel müzakirələr və vörkşoplarla davam etdirəcək. Müzakirələr süni intellekt, iqtisadi sistemlərin optimallaşdırılması, dairəvi iqtisadiyyatda gender bərabərliyi və sosial inklüzivlik, sosial məsuliyyətli və dayanıqlı biznes modelləri, dairəvi iqtisadiyyatın təşviqində təhsilin rolu, istehlakçı məlumatlılığı və dayanıqlı məhsul seçimi, ekoinnovasiyalar, yaşıl texnologiyalar, dayanıqlı istehlak və istehsal (SCP) siyasətinə həsr olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!