10 Aprel 2024 10:05
2085
Mədəniyyət
A- A+
Uzunömürlü əsərlərin müəllifi

Uzunömürlü əsərlərin müəllifi

 

Çox qısa ömür yaşamış görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədova özünəməxsus dəst-xəti, yaradıcılıq üslubu ilə fərqlənən sənətkarlarımızdandır. Onun sənət bioqrafiyası yalnız incəsənətdə qadının keçdiyi yol kimi dəyərləndirilməməlidir. Bu, əsl rəssamın fasiləsiz axtarışlar, maraqlı tapıntılar, gərgin zəhmət sayəsində qazanılan nailiyyətlərlə dolu bir sənət yoludur. Bu il rəssamın anadan olmasının 100 ili tamam olur.

 

Sənət seçimi

 

Vəcihə Səmədova 1924-cü ildə Bakıda anadan olmuşdur. Qars azərbaycanlılarından olan atası Əli kişi qənnadı sahəsində çalışan sıravi işçi idi. Onu İçərişəhərdə "Kəblə Əli" kimi tanıyırdılar. Vəcihə Səmədovanın sənət seçimini müəyyənləşdirən güclü amil doğulub boya-başa çatdığı İçərişəhər idi. Qədim məkanın tarixiliyi, burada yaşanan milli ab-hava, nəsildən-nəslə keçən yüksək mənəvi dəyərlər, adət-ənənələr bu həssas təbiətli qızın həm xarakterinin,  həm də bədii zövqünün formalaşmasında böyük rol oynamışdı.
1939-cu ildə orta məktəbin yeddinci sinfini bitirən 15 yaşlı yeniyetmə qız Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur. Burada rəssam Lətif Feyzullayevdən dərs alır və maraqlıdır ki, gələcəkdə onlar talelərini birləşdirir, ailə həyatı qururlar.
1944-cü ildə Vəcihə Səmədova Rəssamlıq fakültəsində təhsilini müvəffəqiyyətlə başa çatdırır. Bundan sonra o, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur. 1951-ci ildə Vəcihə "Azərbaycan bəstəkarları" adlı diplom işini tamamlayır. Müəllimləri bu əsərin mürəkkəb kompozisiya quruluşuna və dərin bədii-fəlsəfi cizgilərə malik olduğunu qeyd edirlər.
Bu əsər müjdəçi rolunu oynayaraq sənətə istedadlı və ciddi rəssamın gəldiyindən soraq verirdi. Əsərdə gənc rəssamın potensialının böyüklüyü özünü göstərirdi. Məhz bu səbəblərdən də ona Moskvada daha üç il qalmaq, təhsilini aspiranturada davam etdirmək təklif olunur. Aspiranturanı bitirəndə isə Vəcihə xanıma başqa bir təklif  edirlər. Onun institutda saxlanmasını və burada işləyərək tələbələrə dərs deməsini istəyirlər. Lakin Vəcihənin vətənə bağlılığı, yurd sevgisi böyük idi. O, həmin təklifi qəbul etməyərək Bakıya qayıdır.

 

Təəssürat rəssamı

 

Vəcihə Səmədova fırçasını  rəssamlığın bir çox janrında sınamış və istəyinə  nail olmuşdur. Rəssamın yaradıcılığında Azərbaycan qadınlarına həsr etdiyi portretlər xüsusi yer tutur. Bu silsiləyə müəllifin "Avtoportret"ləri başçılıq edir. Müxtəlif sahələrdə çalışan, ayrı-ayrı peşə sahibi olan xanımların portretlərini yaratmasını göstərmək üçün əsərlərin adlarını çəkmək kifayətdir. Belə ki, Vəcihə Səmədova aktrisa Leyla Bədirbəylinin, məşhur pambıqçılar Şamama Həsənova və Sürəyya Kərimovanın, geoloq Minurə Məmmədbəylinin, memar Solmaz Səmədovanın portretlərini yaratmışdır. 
Yeri gəlmişkən, qeyd edək ki, Leyla Bədirbəylinin portreti və bir neçə digər əsər 1954-cü ildə Bakıda təşkil olunmuş sərgidə nümayiş etdirilir və cavan rəssama böyük uğur gətirir. 
Sənətşünas mütəxəssislər V.Səmədovanın təəssürat rəssamı olduğunu xüsusi vurğulayırlar. Təbii ki, onun yaradıcılıq aləminə nəzər yetirdikdə bunu aydın şəkildə duymaq olur. Onun mövzuya yanaşmasında daha çox ani məqamlara üstünlük verməsi, nəqledici yox, əhvalyaradıcı süjetləri təsvir etməsi, obrazların sadə biçimdə və səmimi hərəkətlərdə göstərilməsi, təbiət mənzərələrinin təsvirində daha çox ovqatyaradıcı görüntülərə üstünlük verməsi, kompozisiya quruluşunda ani, keçici məqamları qələmə alması, kolorit həllində təmiz günəş işığını, sanki yağışdan sonra yaranmış təmiz hava təravətini kətanda təsvir etməsi rəssamın yaradıcılığını səciyyələndirən xüsusiyyətlərdir.
Vəcihə Səmədova şəhərdə böyüsə də, Azərbaycanın bölgələrini gəzib-dolaşmış, təbiət gözəllikləri, qurub-yaradan insanlarla çox təmasda olmuşdur. Əslində, bu səfərlər yaradıcılıq ezamiyyətləri idi. Təsadüfi deyil ki, gördükləri, seyr və müşahidə etdikləri sonralar onun əsərlərində öz əksini tapmışdı. Məsələn, xalqın adət-ənənəsindən qaynaqlanan "Toy günü", "Nişan aparanlar" əsərlərini xüsusi qeyd etmək olar.

 

Onun əsərlərində nələr vəsf olunmayıb?

 

Ümumiyyətlə, rəssam ətrafda gördüyü nə varsa hamısına diqqət yetirmiş, heç nəyə laqeyd qalmamışdır. Ona görə də tablolarda ən müxtəlif mövzular öz əksini tapmışdır. Bu əsərlərdə nələr vəsf olunmayıb?! Təbiət mənzərələri, insan əlinin yaratdığı xarüqələr, adi adamların işi, məişəti, asudə vaxtı, sevinci, şənliyi...
Rəssamın ailəsi ilə birlikdə Azərbaycanın müxtəlif guşələrini gəzməsi onun təbiətə vurğunluğunu bir daha təsdiqləyir. Sözügedən səfərlərin və təbiətsevərliyin əks-sədası kimi neçə-neçə əsər yaranmışdır. Bunlardan "Kür sahilində", "Göy göl", "Kəpəz", "Qoşqar yaylağında", "Zığ", "Çadırlar" və başqalarını göstərmək olar. Rəssamın bütün mənzərə əsərləri lirik-estetik bədii xüsusiyyətləri ilə seçilir. Ümumiyyətlə, V.Səmədova mənzərəni çox sevirdi.
Rəssamın istedadı özünü "Göy göl" əsərində də qabarıq göstərir. Tablo güclü emosional təsirə malikdir və bu səbəbdən də tamaşaçını hər zaman cəlb edir.

 

İşığın, rəngin, ziyanın bolluğu bütün əsərlərində vardı

 

1961-ci ildə Vəcihə Səmədova Bolqarıstana ezamiyyətə gedir. Bu səfər rəssamın əsərlərindəki ifadəlilik ünsürlərinin, onların musiqili rəng, dekorativ-plastik ritm yaradan strukturlarının daha da gücləndirilməsi yönümündə apardığı axtarışların davamı idi. Burada Vəcihə Səmədova 50-dən çox tablo yaratdı. Onlardan "Soropolun dənizdən görünüşü", "Bulqasın sahili", "Nesebr", "Türk qızı", "Sofiyada bazar", "Qara dəniz", "Tarnovo. Qaya üzərində evlər" və digərlərini göstərmək olar. 
1962-ci ildə Azərbaycanın Mədəniyyət Nazirliyinin Rəssamlıq Salonunda təşkil olunmuş sərgidə Vəcihə Səmədovanın 52 tablosu nümayiş etdirildi ki, bu da bir növ rəssamın yaradıcılıq hesabatı idi. Daha sonra onun bu silsilədən olan əsərləri Moskva şəhərində "Xarici ölkələr Azərbaycan rəssamlarının yaradıcılığında" adlanan sərgidə də göstərildi.
1960-cı illərin əvvəlində V.Səmədova artıq formalaşmış, püxtələşmiş, öz üslubu, dəst-xətilə fərqlənən bir sənətkar idi. O, yaradıcılığını müvəffəqiyyətlə davam etdirərək yeni tematik tablolar, mənzərələr, portretlər çəkirdi.
Lakin bir neçə il sonra onu amansız xəstəlik yaxalayır. Ömrünün sonunda çəkdiyi rəsmlərinə istər-istəməz rəssamın öz əhvali-ruhiyyəsi də hopur. Beləliklə, müəllifin düşüncələri, keçirdiyi hiss və duyğular tablolarda əksini tapır. Bu, ən çox "Xəbər gözləyərkən" əsərində görünür. Deyilənlərə görə, bu, rəssamın son əsərləri sırasında ən böyüyüdür. 
Vəcihə Səmədova 1965-ci il oktyabrın 18-də dünyasını dəyişir.
Onu xoşbəxt qadın adlandırmaq olar. O, gözəl ailədə böyümüşdü. Sonra özü də gözəl ailə qurmuşdu. Qeyd etdiyimiz kimi, həyat yoldaşı həmkarı idi. Aralarındakı sevgini və xoş münasibətləri eyni peşə sahibi olduqlarından yaranmış ümumi baxışlar tamamlayırdı.
Azərbaycan Rəssamlar İttifaqının Bakıdakı bədii sərgi salonu 1965-ci ildən Vəcihə Səmədovanın adını daşıyır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!