14 Fevral 2025 13:00
377
CƏMİYYƏT
A- A+
Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur  

Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur  

Üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılmış Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.

Qeyd edilib ki, adıçəkilən Qanunla üzərinə həbs qoyulmuş əmlakın saxlanılması, əmlaka qulluqla əlaqədar tədbirlərin görülməsi, eləcə də həmin əmlakın idarə edilməsinin (əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi) hüquqi bazasının təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin halları və qaydasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinə yeni 253-1-ci maddə əlavə edilib. Həmçinin bu məsələlərin ətraflı tənzimlənməsi zərurətini nəzərə alaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları da Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Bu dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda, üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləyə müvafiq dəyişiklik təklif olunur.

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

09:34
13 Aprel

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

09:31
13 Aprel

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək  

09:29
13 Aprel

ABŞ Mərkəzi Komandanlığı İran limanlarının blokadasına başlayacağını açıqlayıb

09:01
13 Aprel

Əraqçi: İran İslamabadda ABŞ tərəfindən maksimalizm, şərtlərin daim dəyişməsi və sərtliklə üzləşdi  

08:32
13 Aprel

Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

00:21
13 Aprel

Xəzər dənizində zəlzələ qeydə alınıb

23:38
12 Aprel

Macarıstanda səsvermənin ilkin nəticələrinə görə Orbanın partiyası liderdir – Səslərin sayılması davam edir  

22:51
12 Aprel

Türkiyənin və Pakistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

21:12
12 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!