23 Aprel 2025 08:05
1425
SİYASƏT
A- A+
Uzaqlar yaxın olur

Uzaqlar yaxın olur


Azərbaycanın etibarlı tərəfdaş imici Çin kimi dünya nəhəngini də cəlb edir


Keçən  ilin iyul ayında ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Azərbaycan-Çin strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamənin imzalanması  ölkələrimizin   münasibətlərində yeni səhifə açdı. Bununla  qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkan yarandı. Bu mühüm  sənəd o cümlədən iqtisadi əməkdaşlığın  genişləndirilməsinə yeni bir impuls verdi. 

Beləliklə, iki ölkə arasında iqtisadi əməkdaşlıq  da müsbət dinamikaya malikdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizin xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Çin bizim dördüncü böyük ticarət tərəfdaşımızdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Bakıdan bu ölkəyə Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı yola salınıb. Çinin ayrı-ayrı şəhərlərində Azərbaycan ticarət evləri yaradılıb. Bir sıra  yüksəkkeyfiyyətli məhsullarımız çinli alıcıların rəğbətini qazanmaqdadır.

Azərbaycan Çinin irəli sürdüyü "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda çıxış edərkən Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. 

Təsadüfi deyil ki,  Prezident İlham Əliyevin Çinin "Sinxua" Agentliyinə verdiyi məxsusi müsahibədə bu, bir daha xatırladılıb. Dövlətimizin başçısı bu təşəbbüsün iki ölkə arasında praktik əməkdaşlığın inkişafında rolu haqqında sualı cavablandırarkən deyib: "Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.  İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq".

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.

Müsahibədə bir daha vurğulanıb ki, artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində Azərbaycan ticarət və şərab evləri fəaliyyət göstərir. Çində tanınmış beynəlxalq "JD" onlayn ticarət platformasında  da Azərbaycan Ticarət Evi  yaradılıb. Bütün bunlar ticarət  münasibətlərinin daha da inkişafına  xidmət edir.

İndiyədək Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda iki ölkə arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Prezidentimiz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığın  genişləndirildiyini də vurğulayaraq deyib: "Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır".

Orta dəhlizin əhəmiyyəti sürətlə artır. Hazırda  bu, Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yolu  da budur. Keçən  il  Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb. İl ərzində Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi  378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur.

Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bunu Çində də yaxşı bilirlər. Dünyanın fövqəldövləti olan Çinin həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırması təbiidir. 

Bu gün bunlar deməyə əsas verir ki, Azərbaycan-Çin əməkdaşlığı daha da genişlənəcək və şaxələnəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

18:20
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

18:10
21 May

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır  

18:02
21 May

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb  

17:53
21 May

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

17:36
21 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

17:08
21 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb  

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib  

15:59
21 May

Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

15:53
21 May

Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır  

15:36
21 May

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır  

15:31
21 May

Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib  

15:30
21 May

Sergey Lavrov: Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib  

15:23
21 May

İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

15:23
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!